Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
09:47
2425
Makron ABŞ hegemonluğundan qurtulmaqdan danışıb

Emmanuel Makron qitədə artan ABŞ hegemonluğuna qarşı güclü Fransa və Avropa üçün mübarizə mesajı verib. FaktXəbər bildirir ki, Makron bu barədə Avropa Birliyi liderlərinin Rumıniyanın Sibiu şəhərində keçirdiyi zirvə toplantısındakı mətbuat konfransında danışıb.

23-26 may tarixlərində keçiriləcək Avropa Parlamenti seçkilərinin qitənin gələcəyi üçün vacib olduğunu bildirən Fransa prezidenti ABŞ hegemonluğuna qarşı çıxmağın vacibliyini vurğulayıb: "Daha suveren, güclü, demokratik və təsirli bir Avropaya ehtiyacımız var. Bir çox məsələdə ABŞ-ın təktərəfliliyinə, çoxtərəflilik böhranına və Çinin müxtəlif sahələrdə yüksəlişinə qarşı müdafiə edən və suveren Avropa istəyirik".

Şengen bölgəsinin yenidən hazırlanmasının lazım olduğunu dilə gətirən Makron, AP seçkilərindən sonra Aİ Komissiyasının prezidenti Yan Klod Yunkerin də xələfinin tez bir zamanda müəyyənləşməsini istəyib.
 
Fransa prezidenti sağçıların seçkilərdə iştirakına da toxunub: "İfrat sağçı Milli Birlik Partiyasının (RN) siyahısı Avropanı yıxmaq istəyən bir siyahıdır. Mən fransız və avropalı vətənpərvərəm, onlar isə millətçidirlər".

Məqalədə : Makron 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
24

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
49

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

21

May
15:33
NƏQLİYYAT
56

Kiloqramın etalonu rəsmən dəyişdi

21

May
15:25
ELM / TƏHSİL
139
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 19:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru