Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2018
14:49
Maduroya sui-qəsddən sonra Ərdoğanın mühafizəsinə Zenit Raket Kompleksi əlavə olunub - FOTO

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddən sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mühafizəsinə raketdən müdafiə sistemi əlavə olunub. FaktXeber.com-un məlumatına görə, TC dövlət başçısının İstanbulda inşaatı bitmək üzrə olan Camlıca məscidinin ziyarəti zamanı ətrafda olan mühafizəçilərin əlində Daşınabilən Zenit Raket Kompleksi FIM-92 Stinger görünüb.

Xatırladaq ki, bir neçə gün öncə Karakasda çıxış edən Venesuela prezidenti Nikolas Maduroya dronlarla sui-qəsd olmuşdu. Venesuela XİN-in Mətbuat Xidməti ölkə prezidentinin Karakasda çıxışı zamanı baş verənlərin istintaqı barədə ilkin yekunları açıqlayıb. «İstintaq göstərir ki, bu sui-qəsdin planlaşdırıldığı yer – Amerikanın Florida ştatı və Kolumbiyanın paytaxtı Boqotadır… Prezidentə  pilotsuzun köməyi ilə sui-qəsdin təşkil edənlər  yüzlərlə insanı öldürə bilərdilər», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, son günlər Türkiyə və Venesuelanın ABŞ-la əlaqəsi kəskinləşib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Maduro Ərdoğan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 01:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com