Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
11:12
Maduro: ABŞ Venesuela-Kolumbiya sərhədində təxribata hazırlaşır

Ölkəsindəki komandirlərlə bir araya gələn Venesuela prezidenti Nikolas Maduro, "bunu bir neçə dəfə demişəm və yenə xatırladıram. Şimali Amerika imperializmi Venesuela-Kolumbiya sərhədində iki ölkəni silahlı qarşıdurma vəziyyətinə gətirəcək təxribata hazırlaşır", - deyə bildirib.

FaktXəbər-in RCN agentliyinə istinadən məlumatına görə, sərhəddə bəzi silahlı qrupların sızmalarının baş verdiyinə diqqəti çəkən Maduro ordunun ən yüksək səviyyədə həyəcan vəziyyətinə gətirilməsinin lazım olduğunu bildirib.

Maduro Venesuela ordusunun "əmrlərini Vaşinqtondan alan qısqanc və cinayətkar Boqota oliqarxiyasının saxta dəlilləri" qarşısında ayıq-sayıq olmasını istəyib.

Venesuela və Kolumbiya arasında 2 min 200 kilometrə çatan sərhəd şimaldakı Venesuela körfəzi və Quajira yarımadasından başlayaraq cənubdakı Amazon bölgəsinə qədər davam edir.

Son iki ildə Venesuela əsgərlərinin törətdikləri sərhəd pozuntularına görə, iki ölkə arasında bir neçə dəfə gərginlik artıb, problemlər hər dəfə diplomatik yolla həll edilib.

Bundan başqa, Venesuelanın Taçira ştatında mart ayında Kolumbiyalı silahlı qruplaşmalara daxil olduğu bildirilən 7 nəfər ordunun təşkil etdiyi əməliyyatda öldürülmüşdü.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Maduro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 19:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com