Tarix:29-06-2016 15:50
İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olmaq üçün...
Şərh yaz
Mütəxəssislər bildirir ki, 1-2 yaş arası uşaqların əlaqə və ünsiyyəti inkişaf etdiyi üçün itirmə və ya ayrılıq qorxusu yaşayır. Əsasən də ana, ata, nənə, baba və ya dayəsindən  ayrılmaq qorxusu yarana bilər. Uşağın əlaqə yaratmasına bağlanma deyirik. Bağlanma – uşaqla yetkin fərd (çox vaxt ana) arasındakı müsbət əlaqəni ifadə etmək üçün istifadə olunan termindir. Doğuşla birlikdə bağlanma inkişaf etməyə başlayır. Əsasən bütün həyatı boyu -  körpəlik, uşaqlıq, yeniyetmə və hətta yetkinlik dövründə belə, bağlanma az qala ilk gündəki kimi qalan əlaqədir.
 
Türkiyəli psixoloq Rıdvan Üney bu haqda fikirlərini bildirib. Psixoloqun  sözlərinə görə, 1-2 yaşlı uşaqlarda itirmə və ayrılıq mövzusu doğuşdan bu yana yaranan bağlanma formasının hər hansı səbəbdən problemli bir hal alması ilə meydana gəlir: “Hamiləlik zamanı körpənin qidalanmasını təmin edən göbək bağı ana və körpə arasında əhəmiyyətli bir bağdır. Doğuşdan sonra bu bağ yerini ananın körpəsini əmizdirərək qidalandırmasına verir. Bu əlaqə də ananın körpəsinə göstərdiyi sevgi və şəfqətlə birlikdə davam edir. Bütün bunlar körpənin özünü etibarda hiss etməsini təmin edir. Ananın bu yanaşması sayəsində 1-2 yaş arası uşaqda anasına və dünyaya güvəninin ilk təməlləri atılır”.
 
1-2 yaşında uşaq artıq özü hərəkət etməyi bacarır. Əvvəl iməkləməyə, sonra yeriməyə və danışmağa başlayan uşaq, eyni zamanda istəmədiyi şeylərə “xeyr” deyir. Ancaq hər şeyə baxmayaraq, valideynlərindən asılıdır. Uşaq ona güvən verən anasını bir mərkəz kimi istifadə edərək, ətrafı kəşf etməyə başlayır: “Təhlükə qarşısında güvənəcəyi bir liman olaraq ananı görür. Onun mühitinə və dünyasına yad, tanımadığı biri gəldikdə anasının yanında qorxmur. Ancaq anası olmasa, narahatlığı və qorxusu artır. Lakin əgər ana yeni gələn adamla söhbət edirsə və yaxın davranırsa, ana mühitdən uzaqlaşdıqda belə, o adamdan artıq qorxmur”.
 
 
Araşdırmalardan biri sübut edib ki, körpənin ilk üç ayında ağlamalarına uyğun cavab verilsə, uşaq 12 aylıq olduqda etibarlı bağlanma inkişaf edər: “Müasir qadınlar istər iqtisadi səbəblər, istər karyera hədəfləri baxımından doğuşdan qısa müddət sonra işləmək məcburiyyətində qalır. Buna görə də uşağını qısa müddətə də olsa, başqa birinə əmanət etməli olur. Ana ilə körpə arasında sağlam bağlanma olduqda uşaq üçün bu ayrılıqlar dözümlü bir hal alır. Nənəyə, dayəyə, bağçaya əmanət edilən uşaqların problem yaşamaması olduqca əhəmiyyətlidir. Hər şeyə rəğmən, bu cür hallarda analar vicdan əzabı çəkirlər. Balaca körpəsindən ayrı qalmaq ananı kədərləndirir. Lakin çalışmaq lazımdır ki, bu cür hallar uşaqda qalıcı psixoloji iz buraxmasın”.
 
Mütəxəssis bildirir ki, 1-2 yaş arası uşaq ayrılıq qayğısı yaşaya bilər. Əslində bu, təbii haldır. Bu dövrdə uşaq ananın müəyyən bir müddət uzaqlaşmasını onun itməsi və ya yox olması kimi qəbul edə bilər. Lakin ilk dövrlərdən etibarlı bir bağlanma olmadıqda uşaq üçün bu dövr daha ağır keçir. R. Üney həddindən artıq ayrılıq narahatlığı yaşayan uşaqların xüsusiyyətlərini bu cür izah edir:
 
1. Uşaq anaya yapışıqdır. Davamlı bədən təması içindədir.
2. Ana evdən bir müddət ayrıldıqda ağlama krizləri keçirir, sakitləşmir.
3. Ana yanında olsa da, yad adam yaxınlaşdıqda həddindən artıq kəskin reaksiyalar verir.
4. Ananın digər otağa getməsinə belə, dözə bilmir.
5. Bəzi uşaqlar ananın evdən ayrılmasına və ya dönməsinə tamamilə reaksiyasız davrana bilər.
6. Uşaq daim narahat ola bilər.
7. Tək yatmır.
 
R. Üney işləyən və ya hər hansı bir səbəbdən uşağından bir müddət ayrı qalan analara bu tövsiyələri verir:
 
1. Evə qayıtdıqda mütləq onunla zaman keçirin. Evdə işləriniz varsa da, uşağınıza mütləq qısa bir vaxt ayırın.
2. “Mən işlərimi görərkən sakit dursan, səninlə oynayaram”, - deyərək ona olan sevginizə şərt qoymayın.
3. Evdən çıxarkən gələcəyiniz saatı ona söyləyin. Uşağınızda saatla əlaqədar məlumat inkişaf etmədiyi üçün bunu onun oyun və ya yemək saatına görə izah etmək daha uyğun olacaq.
4. Evə eyni saatda gəlin və ya çıxın. Bu zaman uşağınız sizinlə əlaqədar narahat olmayacaq.
5. Evdən çıxarkən gələcəyiniz saatla əlaqədar yalan söyləməyin.
6. Evdən ayrı qaldığınız üçün hər dəfə ona hədiyyə (rüşvət) verməyin.
7. Gün ərzində onunla görüntülü danışma imkanınız varsa, onu da həmişə eyni saatda edin.
8. Əgər işləmirsinizsə, uşağınızı bir müddət bağçaya qoyun. Bu üsul onun sizinlə ayrı qalmasına öyrəşməsini təmin edəcək.
9. Uşağınızdan ayrı səyahət etmək, harasa uzaq yerə getmək məcburiyyətindəsinizsə, bu müddət 1-2 həftəni keçməməlidir.
10. Uşağınızdan ayrı olduğunuz dövrdə vicdan əzabından xilas olmaq üçün onu həddindən artıq əzizləyib ərköyünləşdirməyin. (Lent.az)

 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
ana - övlad - -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:29-06-2016 15:50 - Oxundu: 1247
Ailə-Uşaq
17-04-2017 14:28 Azərbaycanda hər 5 evlilikdən 1-i boşanma ilə nəticələnir
17-04-2017 14:21 Ölkədə əkiz doğulan uşaqların sayı açıqlanıb
16-04-2017 22:52 Azərbaycanda zorakılıqla bağlı faktlar dəhşət saçır
11-04-2017 20:56 Azərbaycanda 3 min uşaq pis vərdişlərə görə qeydiyyata götürülüb
10-04-2017 15:16 Sosial şəbəkə uşaqların özlərini bədbəxt hiss etməsinə səbəb olur
04-04-2017 14:31 Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA
29-03-2017 22:12 "YouTube"da uşaqlar üçün TƏHLÜKƏ - Valideynlərə xəbərdarlıq!
29-03-2017 14:06 Təkuşaqlı ailələrin sayı daha da arta bilər - XƏBƏRDARLIQ
14-03-2017 16:50 Uşaqlar ömrü uzadır
11-03-2017 20:45 Uşaqlarınızda diqqət dağınıqlığı varsa...
09-02-2017 22:47 Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI
17-01-2017 10:11 Psixoloq: "Aqressiya uşaqlarda xəstəliklər yarada bilər"
12-01-2017 15:53 Uşağınızın yaddaşını belə yoxlayın - TEST
29-12-2016 15:24 Ailələrin kiçilməsinin cəmiyyətə TƏSİRLƏRİ - əmilər, dayılar, bibilər azalır
23-12-2016 16:57 Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar
23-12-2016 16:19 Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
19-12-2016 09:37 Bakıda itkin düşən uşaq tapıldı - Amili belə bir addım atmağa nə vadar edib? - VİDEO
14-12-2016 16:21 Bu il Azərbaycanda 10 mindən artıq ailə dağılıb
02-12-2016 13:45 Smartfonlar ər-arvad söhbətinə müdaxilə edirmiş
29-11-2016 21:57 Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri
01-11-2016 14:22 Valideynlər uşaqlarda intihar meyilinin yaranmasına səbəb olur - Psixoloq
27-10-2016 16:41 Övladlarınızı küçədəki təhlükədən qorumaq üçün 10 faydalı məsləhət
24-10-2016 16:42 Körpələr 6 ayından valideynlərin sözlərini anlamağa başlayırlar
10-10-2016 17:03 İdeal valideyn kimdir?
04-10-2016 11:56 Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANIB
03-10-2016 12:39 Uşağım məktəbə getmək istəmir, nə edim? – PSİXOLOQ MƏSLƏHƏTİ
29-09-2016 09:19 Uşaqlar gün ərzində nə qədər su içməlidirlər?
28-09-2016 12:25 Hicran Hüseynovadan ailələrə MESAJ
24-09-2016 21:57 Diqqət dağınıqlığı: Kompüteri əla bilir, amma dərslərini hazırlaya bilmir
16-09-2016 11:06 QMİ-nin süni mayalanma ilə bağlı təklifləri belə olub
16-09-2016 09:54 Azərbaycanda uşağın cinsinin müəyyənləşdirilməsi qanunla qadağan olunur
15-09-2016 21:01 Bilik günü biliyə həsrət qalan UŞAQLAR
05-09-2016 10:32 Ağlayan uşağı sakitləşdirməyin ən asan yolu- VİDEO
03-09-2016 20:46 Ölkədə normal uşaq verlişləri niyə hazırlanmır?
02-09-2016 16:21 Övladı universitetə ​​gedən valideynlər, BUNLARI BİLMƏLİSİNİZ
02-09-2016 11:14 Yetim psixologiyası - Valideynsizliyin FƏSADLARI
01-09-2016 10:44 Uşaqları pulla davranışa hansı yaşdan öyrətməliyik? - VİDEO
30-08-2016 16:35 Uşaqlar niyə intihar edirlər? – ARAŞDIRMA
16-08-2016 22:17 Uşaqların inkişafını ləngidən 8 əşya - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
13-08-2016 10:42 Boşanmaların sayı çoxalıb - STATİSTİKA
28-07-2016 10:10 Biz ailəni dağıdırıq, bəs uşaqlar necə olacaq?
26-07-2016 11:33 Qoyun, uşağınız qumla oynasın - MÜHÜM FAYDALARI
14-07-2016 11:19 5 ayda Azərbaycanda 5 mindən çox boşanma qeydə alınıb
01-07-2016 12:04 Uşaqları nənə-babaya etibar edək? - MÜTƏXƏSSİS RƏYİ
30-06-2016 16:19 Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ
29-06-2016 15:50 İşləyən analar, BUNLARI BİLİN: vicdan əzabından xilas olmaq üçün...
23-06-2016 16:23 Elm adamları: Nəvələr nənə və babalarını daha sağlam edir
21-06-2016 15:32 DİQQƏTLİ OLUN: uşaqda bu əlamətlərdən hansısa varsa...
20-06-2016 21:56 Uşaqlarınızı kompüterdə itirmək istəmirsinizsə...
16-06-2016 15:14 Uşağın qabına yeməyi az qoyun - İştahsızlıqla mübarizə yolları
16-06-2016 12:28 Uşaqların atalarla danışmağa daha çox ehtiyacı varmış
16-06-2016 12:00 Ailə həyatı quranlarla boşananların rəsmi statistikası açıqlanıb
14-06-2016 16:09 Uşağın SOSİAL İNKİŞAFI üçün nə etməli?
13-06-2016 21:16 Qızdırması olan uşaqlara bunları etməyin - PEDİATR MƏSLƏHƏTİ
13-06-2016 16:29 Alimlər uşaq üçün ən ideal yuxu saatlarını açıqlayıb
10-06-2016 12:23 600-dən çox azərbaycanlı ƏCNƏBİ İLƏ ailə qurub - SON 4 AYDA
10-06-2016 11:44 Uşaqlarını döyən valideynlər bu dəhşətli sona hazır olsunlar
10-06-2016 09:53 Evlilikdə bu “yolverilməz” səhvi ETMƏYİN!
07-06-2016 17:00 Körpənin ağlaması ziyanlıdırmı?
04-06-2016 22:30 Diqqət əksikliyi və hiperaktivlik

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az