Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Aprel

2017
15:39
725
Lukaşenko: Biz Qərbdə heç kimə lazım deyilik

"Fikir verməyin, əgər kimsə desə ki, biz istiqamətimizi dəyişmişik". FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Nijni Novqorod vilayətinin qubernatoru Valeri Şantsevlə görüşdə bildirib. O, əlavə edib ki, ölkəsinin Qərbə tərəf istiqamət alması ilə bağlı fikirlər həqiqəti əks etdirmir.

"Fikir verməyin, əgər kimsə desə ki, biz istiqamətimizi Qərbə və ya harasa dəyişmişik. Biz öz yerimizi çox yaxşı başa düşürük: Biz Qərbdə heç kimə lazım deyilik. Məni Qərbdə necə "sevir"dilər, bunda da dəyişiklik yoxdur",-deyə Lukaşenko vurğulayıb.

Belarus prezidentinin fikrincə, ölkəsi Avropanın mərkəzində yerləşir və çoxşaxəli siyasət aparmağa, təhlükəsizliyi, suverenliyi, müstəqilliyi və sabitliyi qorumağa məcburdur: "Biz nə Rusiya ilə, nə Qərblə, nə də Ukrayna ilə münasibətlərimizi kəsmək istəmirik".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 10:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru