Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 İyun

2017
10:05
213
Londonda daha bir insident: Avtofurqonu insanların üzərinə sürdü - VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, Londonda daha bir insindent yaşanıb. Belə ki, dünən gecə Böyük Britaniyanın paytaxtının şimal-şərqində avtofurqon insanların üzərinə sürülüb. Şahidlərin sözlərinə görə hadisə yerlərində neçə-neçə cəsədlər olub.

«Mən bir neçə nəfəri görürəm ki, tərpənmədən uzanılı vəziyyətdə qalıb», - deyə şahidlərin biri deyib. Onun sözlərinə görə hadisə vaxtı evdə olub və insanların qışqırıq səslərini eşidib.

TASS bildirir ki, avtofurqonun insanların üzərinə sürülməsi nəticəsində 10-dan artıq insan yaralanıb. Hadisə yerli məscidin yaxınlığında, inanclıların axşam ibadətindən çıxdıqları vaxğt baş verib. Sürücünü yoldan keçənlər tutaraq, polisə təqdim ediblər. Sun nəşri 2 nəfərin ölə biləcəyini yazıb.

RİA Novosti bildirir ki, hadisə zamanı avtomobildən bıçaqlı şəxs düşüb, azı bir nəfər bıçaq yarası alıb. Polis bir nəfəri saxlayıb: tünd saçlı ağ dərilidir.

Sky News bildirir ki, furqonda ümumilikdə 3 nəfər olub. Onlardan biri saxlanılıb, 2-si qaça bilib.

Böyük Britaniya Müsəlmanlar Şurasının nümayəndəsi bildirir ki, hadisə nəticəsində məscidin ziyarətçiləri zərər çəkiblər.

Hadisənin baş verdiyi Seven Siters küçəsinin keçdiyi Finsberi-park rayonunda sələfilərin məscidi var. 1997-2004-cü ildə onun imamı  radikal baxışları ilə tanınan və «Əl-Qaidə» ilə əlaqələrdə ittiham edilən Əbu Həmzə əl-Məsri olub.

O, 2004-cü ildə həbs olunmuş və terrorizmin təbliği, zorakılığa cəlb etmə,  nifrət yaratma ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2011-ci ildə cəzaçəkmə müddəti bitsə də, o, həbsdə saxlanılır.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : London 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru