Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
14:41
251
London Lukaşenkonu hakimiyyətdən necə uzaqlaşdırmaq istəyir?

FaktXəbər-in məlumatına görə, "Chatham House" ekspertləri "yumşaq belaruslaşdırma" layihəsi üzərində mərkəzləşməyi təklif edir.  

""Yumşaq belaruslaşdırma" layihəsi indiki siyasi şəraitdə Belarusun dayanıqlığını artırmaq üçün xoş perspektivlər açır və Lukaşenkonun gedişindən sonra ölkənin demokratikləşmə fonunda Rusiya təhlükəsini minimuma endirir", - deyə analitiklər öz hesabatında bildirir.  

Deməli, Londonun təklif etdiyi üç əsas layihə "Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılması", "Yumşaq belaruslaşdırma" və "Ölkənin demokratikləşməsi"ndən ibarətdir.  

Belarusda bu layihələr uğurla həyata keçirilir. Məsələn, hazırda məktəblərdə Böyük Litva krallığının təbliğatı onu göstərir ki, məqsəd Belarusu "ağ rus"lardan uzaqlaşdıraraq və litvinlərə çevirməkdir. 

Yumşaq belarusladşırma tədricən bütün ölkəni əhatə edir. "Chatham House" mütəxəssislərinin qorxduğu tək şey hakimiyyət tərəfindən həyata keçirilə biləcək repressiyalardır. Həmçinin, onlar əsas qrantları birdəfəlik tədbirlərə yox, uzunmüddətli layihələr, sosial seminarlar və ən əsası mediaya ayırmağı tövsiyə edir. Bundan əlavə, analitiklər dövlət və qeyri-dövlət subyektləri ümumi Rusiya təhlükəsinə qarşı birləşdirmək istəyir.

Hesabatda açıq şəkildə qeyd edilir ki, Belarusun dövləti quruculuğunda Ukrayna nümunə kimi göstərilə bilər. 

Qeyd etmək lazımdır ki, hələlik  "yumşaq belaruslaşdırma" layihəsi xalq tərəfindən tam olaraq qəbul edilməyib. Lakin ölkə prezidenti Aleksandr Lukaşenko sanki devrilmə təhlükəsini hiss edərək rus dilinə qarşı çıxmağa başlayıb. 

Bundan əlavə, onun bir necə ay qabaq dediyi söz Rusiyanın diqqətini çəkməyə bilməz: "Tez-tez Belarusda Rusiya hərbi aviabazasının açılıb-açılmayacağını müzakirə edirlər. Biz Rusiya ilə hərbi-siyasi ittifaqdayıq. Burada Rusiya bazasının olub-olmamasının heç bir fərqi yoxdur. Bu bazanı ərazimizdə özümüzün suveren və müstəqil olduğumuzu göstərmək üçün yox, ona həqiqətən ehtiyacın olmadığı üçün yerləşdirmirik. Biz Rusiya ilə müqavilə nəticəsində üzərimizə düşən öhdəlikləri icra etmək gücündəyik. Əgər biz bunu edə bilməsəydik, inanın ki, biz Rusiyaya təhlükəsizliyimizin təmini üçün müraciət edərdik. Hələlik ehtiyacımız yoxdur".

Ən qəribəsi də budur ki, Rusiyanın Belarusda səlahiyyətli səfiri Aleksandr Surikov da "yumşaq belaruslaşdırma" layihəsini dəstəkləyirdi.

Məqalədə : Lukaşenko 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2506

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2339

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1769

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1494

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
452

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
241

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1187
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 00:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru