Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2018
12:31
Lənkəranda mikroavtobus aşıb, 10 sərnişin xəsarət alıb(YENİLƏNİB)

Lənkəran rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alan 10 nəfər sərnişindən 9 nəfərin adı məlum olub. 

Hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü  İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Samirə Rzayeva, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Rzayev, 1951-ci il təvəllüdlü Namiq Qarayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb. 

***

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kəndin ərazisində sərnişin mikroavtobusu aşıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : lənkəran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 22:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com