Tarix:27-10-2016 09:50
Ölkənin iqtisadi reputasiyası aşağıdır - İqtisadçı ekspert
Şərh yaz
Azərbaycan hökuməti ölkəyə valyuta axınını təmin etmək üçün xarici iş adamlarını ölkəmizə investisiya qoymağa dəvət edir. Prezident İlham Əliyev də çıxışlarında həm xaricdəki azərbaycanlı iş adamlarını, həm də xarici investorları ölkəmizə yatırım etməyə səsləyir. Son olaraq, Xorvatiya prezidentinin Azərbaycana rəsmi  səfəri zamanı dövlət başçısı bu məsələyə toxunub və xorvat iş adamlarını Azərbaycana sərmayə yatırmağa çağırıb. 
 
Prezident Oktyabrın 25-də Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında Xorvatiya prezidentinin Azərbaycana səfərinin müsbət nəticələri olduğuna diqqət çəkib: “Müzakirələrdə iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirilib. Çox məmnunuq ki, bir qrup xorvat iş adamı Xorvatiya prezidentini müşayiət edir və bu gün bu biznes foruma qatılıb. Səfər çox uğurlu olub. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq, əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən etdik. 
 
Biz dost, tərəfdaşıq. İş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələri genişləndirməlidir. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim keçmişdə də birgə layihələrimiz olub. Artıq vaxt gəlib ki, idxal-ixrac əməliyyatlarımızı genişləndirək”. 
 
Prezident İlham Əliyev onu da bildirib ki, oktyabrın 24-də müxtəlif formatlarda görüşlər keçirilib və burada da əsas məsələ qarşılıqlı iqtisadi əməkdaşlıq olub: “Azərbaycanın iqlim şəraitindən istifadə və Xorvatiyadan müəyyən məhsulların idxal olunması təklifləri var. Əminəm ki, bu gün burada daha geniş müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Biz Xorvatiyanın ixracından xəbərdarıq. Siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Bu forumda bu istiqamətlərə diqqət yetirilməlidir”. 
 
Dövlət başçısı qeyd edib ki, ölkəmizdə yeni sənaye sahələrinin yaradılmasında maraqlıyıq: “Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Bu baxımdan, idxaldan asılı ölkəyik. Düşünürəm ki, dərman istehsalı sahəsində birgə müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki əhalimizin sayı artıq 10 milyon nəfərə çatır”.
 
İqtisadçı ekspertlər hökumətin ölkəyə xarici investisiya cəlb etmək üçün atdığı addımları təqdir etsələr də, ölkədə investisiya mühitinin çatışmazlıqlarını da vurğulayıblar. Məhz bu amil xarici sərmayədarların ölkəyə yatırım etməsinə mane olur. 
 
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, çox acınacaqlı vəziyyətin müşahidə olunduğu sahələrdən biri də investisiya mühitidir: “Demək olar ki, ötən dövr ərzində qeyri-neft sektoruna investisiya qoyuluşu məhdud olub, xüsusən də xarici investorların marağı az olub. Xarici investisiya adı ilə ölkəyə daxil olan vəsaitlərin də böyük bir hissəsi Azərbaycanın vəsaitləridir. O vəsaitlər ki, onlar sonradan hansısa offşor şirkətlər vasitəsilə xarici investisiya adı altında ölkəyə daxil ediliblər. 
 
Bu istiqamətdə görüləcək iş əslində ölkə reputasiyasının yenidən bərpa edilməsi məsələsidir. Çünki bu istiqamətdə ölkənin reputasiyası həqiqətən kifayət qədər aşağıdır. Bu zərurətdən ölkə başçısı bütün görüşlərində xarici investorları Azərbaycana gəlməyə dəvət edir və hətta dövlət zəmanəti ilə onları ölkəyə çağırır. Dövlət qurumları bu günə qədər qeyri-neft sektorunda ən müxtəlif formada  sahibkarların, xarici investorların fəaliyyətinə müdaxilə ediblər. Neft sektoruna gücləri çatmır, çünki orada oyun qaydaları fərqlidir".  
 
Ekspert onu da vurğuladı ki, indiki dövrdə xarici investorların Azərbaycanla bağlı çox mənfi təcrübələri var: “Ölkənin beynəlxalq hesabatlarda imici ilə bağlı çox ciddi problemlər var. Həmin problemlərdən biri də odur ki,  Azərbaycanda məhkəmə sistemi sahibkarın hüquqlarını qoruya biləcək səviyyədə deyil. Hazırda fərqli model və ya mexanizmin düşünülməsinə ehtiyac var. Xarici investisiyanın ölkəyə gətirilməsi üçün azad məhkəmə və azad investisiya mühiti olmalıdır. Həmçinin korrupsiya ilə mübarizə aparılmalıdır. Azərbaycanın korrupsiya ilə apardığı mübarizənin nəticələri ölkənin beynəlxalq imicinin yüksəlməsinə təsir edə bilməyib”. 
 
Rəşad Həsənovun sözlərinə görə, bu sahədə ən böyük problemlərdən biri də biznesə məmur müdaxiləsi və məmur biznesidir: “Ölkə iqtisadiyyatı kifayət qədər inhisarlaşıb. İstənilən biznesmen hansısa məmurun maraqlarına  toxunduqda onun kimliyindən asılı olmayaraq, həmin investor ən qısa müddətdə ölkədən çıxarıla bilər və ən ədalətsiz şəkildə təzyiqlərə məruz qala bilər. 
 
Xarici investorun ölkəyə gəlməsi hazırkı durumda qeyri-mümkün məsələ hesab olunur. Qeyd olunan istiqamətlərdə ciddi nailiyyət əldə olunmayana qədər bəhs etdiyimiz məsələlər bu səviyyədə qalacaq. Biz ilk növbədə öz vətəndaşımızı inandıra bilməliyik ki, Azərbaycana investisiya qoysun. 
 
Əgər bu gün öz biznesmenimiz Azərbaycana investisiya qoymaqdan çəkinirsə, biz hansı haqla bunu xarici investorlardan tələb edə bilərik. Əsas məsələ ölkənin reputasiyasını yüksəltmək və qeyd olunan problemləri həll etməkdir. Bu problemləri müvəqqəti həll edərək xarici investisiyanı cəlb etmək, sonradan vəziyyət düzələndə yenidən əks hücuma keçmək kimi hərəkətlər sektor iştirakçılarında birmənalı şəkildə inamsızlıq yaradır. Azərbaycanla bağlı da buna bənzər situasiya mövcuddur. Bu mənada hökumət aparılan islahatlarda səmimi olduğunu sübut edə bilməlidir. Əks halda, bu kimi cəhdlər ciddi nəticə verməyəcək".
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Ölkənin - iqtisadi - reputasiyası - aşağırdır - - - İqtisadçı - ekspert -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:27-10-2016 09:50 - Oxundu: 489
Münasibət
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?
07-02-2017 15:31 Manatın bu qədər ucuzlaşması sahibkarlar üçün problem yaradacaq
07-02-2017 15:00 YAP-çı deputatdan Jirinovskiyə cavab: Bu, Rusiyanın mövqeyi deyil
07-02-2017 13:00 Dollara tələbi necə dəyişək?
07-02-2017 11:59 "İntihar kabusu": Doğmalıq, qohumluq kimi dəyərlər itməyə doğru gedir
07-02-2017 09:32 Ekspert ölkəmizi təhdid edən terrorçulardan danışdı...
07-02-2017 09:13 İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?
06-02-2017 14:15 Bir fotoyla məşhurlaşan müəllim - "Mənə şər atırlar"
06-02-2017 10:03 Trampın imzaladığı qadağaların Azərbaycan vətəndaşlarına...
06-02-2017 09:39 "Heç vaxt indiki kimi bahalaşma olmamışdı" - Dərman alıcıları
04-02-2017 11:23 Rusiya Gürcüstanın seçiminə hansı reaksiyanı verəcək?
04-02-2017 10:27 Dollar ucuzlaşır – müvəqqəti, yoxsa...
03-02-2017 14:24 "Fatimeyi Zəhra" məscidi barədə vəkil və komitə nümayəndəsi danışdı
03-02-2017 14:17 YAP-çı deputat: "Molla deyir ki..."
03-02-2017 10:31 "Müxalifət partiyaları hesabat versin" tələbinə əks düşərgədən cavab...
03-02-2017 10:15 Xarici ölkələrdən gələn zənglərin səbəbi nə ola bilər?..
03-02-2017 09:43 11 ildir qəbul olunmayan Rəqabət Məcəlləsi - SƏBƏB
02-02-2017 13:15 Rəis müavini: “Bələdiyyələr torpaqları “su qiyməti”nə satırlar”
02-02-2017 09:53 Böyük sərvətə sahib məmurlar pullarını ölkədən çıxarırlar - Ekspert
31-01-2017 10:44 Məcburi köçkün yataqxanalarında sayğaclar quraşdırılmağa başlandı
28-01-2017 11:13 Məcburi köçkünlərin sayğac üsyanına iki fərqli münasibət
28-01-2017 11:02 Dollar manatın “nəfəsini kəsir”-Elman Rüstəmov bankirləri topladı
27-01-2017 13:11 "İqtisadi cəhətdən fəal olan 3 mln. nəfər hardadır?"
27-01-2017 09:51 Süni qidanı həkim təyin etməlidir - Pediatr
26-01-2017 10:54 İntihara ən çox meyilli üç peşə sahibi
26-01-2017 10:01 Elmar Məmmədyarovun kritik Moskva səfərinin pərdəarxası
24-01-2017 10:57 İqtisadçılar minimum əmək haqqı barədə danışdılar: Artım cüzidir, lakin...
24-01-2017 10:14 Amerikadakı həbslərə azərbaycanlı hüquq müdafiəçilərinin münasibəti
23-01-2017 11:08 "Vətəndaşlarımız öz pullarını evlərdə və seyflərdə saxlayırlar"

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Ermənilər Talış kəndinə hücum edib itki verdilər...
27-02-2017 10:31
Şəhidlərimizin nəşləri döyüş bölgəsindən çıxarıldı - RƏSMİ
27-02-2017 16:56
Terrorçuların qənimi olan 62 yaşlı qoca: 300 nəfər öldürdü - VİDEO
27-02-2017 12:04
Hərbçilərimizin meyitləri olan ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır - RƏSMİ
27-02-2017 16:15
Müdafiə Nazirliyi ŞƏHİD hərbçilərin adlarını açıqlayıb
27-02-2017 10:38
Şəhid olan hərbiçilərimiz- FOTOLARDA
27-02-2017 11:30
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-02-2017 10:51
"S-400"dən 12 raket buraxılışı - VİDEO
27-02-2017 14:28
Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA
27-02-2017 09:15
Türkiyə xüsusi təyinatlıları Xocalının 25 illiyini belə qeyd etdilər - VİDEO
27-02-2017 12:32
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az