Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2016
19:17
2663
Ölkənin ictimai siyasi fəalları Qarabağ gündəmini müzakirə etdilər - VİDEO

Faktxeber.com-un verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Azərbaycan Ordusunun 2-5 aprel uğurlu döyüş əməliyyatları: tamam, yoxsa davam?” mövzusunda Dəyirmi Masa keçirilib.

Dəyirmi Masada iştirak üçün Azərbaycanın bütün siyasi partiyalarının rəhbərləri, ictimai təşkilatların təmsilçiləri, deputatlar, ekspertlər, Qarabağ müharibəsi iştirakçıları və cəmiyyətin digər təbəqələrinin nümayəndələri dəvət olunub. Tədbirin keçirilməsində məqsəd cəbhədəki son döyüşlərin gedişi, ilkin nəticələri və mümkün perspektivləri ilə bağlı ictimai müzakirələrin keçirilməsi, cəmiyyətdə vahid mövqenin formalaşdırılmasından ibarətdir.

Tədbiri giriş sözü ilə QAT sədri Akif Nağı açdı, cəmiyyətin Qarabağ məsələsi ətrafında vahid mövqe sərgiləməsinin vacibliyini vurğuladı. Sonra müzakirələrdə millət vəkilləri Vahid Əhmədov, Qüdrət Həsənquliyev, siyasi və ictimai qurumların rəhbərləri Arif Hacılı, İsa Qəmbər, Mübariz Əhmədoğlu, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Elşad Musayev, Akif Heydərli, Kamil Şirinov, Camal Əhmədov, Tərlan Eyvazov, İxtiyar Şirin, Tahir Abbaslı, Nəsimi Qarabağlı, Murad Sadəddinov və digərləri çıxış etdilər.

Faktxeber.com- tədbirdən  görüntüləri təqdim edir:

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru