Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Mart

2017
11:57
738
İlk dəfə imtahan verən əvvəlki məzunlar da pul ödəməyəcək

Dövlət İmtahan Mərkəzi hansı xidmətlərinin pullu, hansıların isə pulsuz olacağını açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu vaxtadək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən xidmətlər dövlət tərəfindən maliyyələşdirilib. Onun sözlərinə görə, əksər hallarda istifadəçilər tərəfindən yalnız simvolik rüsum ödənilib. M.Abbaszadə vurğulayıb ki, bundan sonra istifadəçi üçün xidmətin pullu və ya pulsuz olması sifarişçidən asılı olacaq: “Bu baxımdan ölkə başçısı tərəfindən imzalanmış son sərəncam çox böyük əhəmiyyətə malikdir. Bir daha xatırladım ki, bu sərəncama əsasən ümumi təhsil müəssisələrini cari ildə bitirən bütün Azərbaycan vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş vətəndaşların imtahanda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Bu il sərəncamdan faydalana biləcək abituriyentlərin sayı təqribən 70 minə yaxındır”.

Direktorlar Şurasının sədri əlavə edib ki, digər hallarda DİM tərəfindən göstərilən xidmətlər ödənişli olacaq. Onun sözlərinə görə, ödəniş məbləği hər imtahan (xidmət) növü üzrə bir imtahan iştirakçısı (xidmət istifadəçisi) üçün sərf olunan vəsaitdən asılı olacaq.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru