Tarix:25-11-2016 16:22
Lizinqlə satılan maşınlara görə niyə artıq sığorta pulu tələb edilir? – ARAŞDIRMA
Şərh yaz
Azərbaycanda avtomobillər icbari sığorta haqqı iki formada hesablanır. Birincisi  fiziki şəxslərə, yəni adi avtomobil sahiblərinə hesablanan sığorta haqqı, digər isə  hüquqi şəxslərə- şirkətlər üzrə hesablanan sığorta haqqıdır.
 
Eyni avtomobilə görə şirkətlər üçün hesablanan sığorta haqqı, adi vətəndaşlar üçün olan sığorta haqqından çoxdur. Qanunvericiliyə əsasən avtomobilin sahibi şirkət  olduqda 1,2 əmsal tətbiq edilir. Yəni, adi vətəndaşın 100 manata sığortaladığı avtomobilin sığorta haqqı şirkət üçün 120 manat hesablanır. Məsələ burasındadır ki, sığorta şirkətləri lizinqlə satılan avtomobillərə görə də şirkətlərə tətbiq edilən sığorta haqqı tələb edirlər. Nəticədə, lizinqlə avtomobil alan vətəndaş daha çox sığorta haqqı ödəmiş olur. Bu isə qanuna ziddir.
 
Lizinqlə satılan maşınlara görə 90% hallarda sığorta pulu artıq alınır
 
Avtomobillərin icbari sığorta satışlarını həyata keçirən sığorta agentləri fins.az-a bildirirlər ki, 90% hallarda  sığorta şirkətləri lizinqlə satılan avtomobillərə şirkətlər üçün nəzərdə tutulan sığorta haqqı alırlar. 10 % hallarda isə ya vətəndaşlar sığorta haqqının çox olduğunu bildirirlər.   Bəzi avtomobil sahibləri məlumatsız olduqları üçün sığorta haqqında endirim istəyirlər.
 
Şirkətlər məlumatlı sürücüləri aldada bilmir
 
Qanundan xəbərdar olan bəzi sürücülər isə sığorta şirkətinə etiraz edərək onlara aid olan sığorta haqqının tətbiq edilməsini bildirirlər. Belə olan halda sığorta şirkətləri müştərinin tələbi ilə məcbur olub aşağı sığorta haqqı alırlar. Bəzi sığorta agentləri isə lizinqlə satılan avtomobillərə görə, daha çox sığorta haqqı alınmalı olduğu bildirirlər. Onların sözlərinə görə, avtomobilin mülkiyyətçisi lizinq şirkətidir və sığorta haqqı da buna görə hesablanır.
 
Az sığorta pulu verilən lizinq avtomobilinə görə ödəniş verilmir
 
Bununla yanaşı, lizinqlə satılan avtomobilin sığorta haqqı  az ödənilibsə, qəza zamanı sığorta pulu vermirlər. Bu halın sığorta ödənişindən imtinaya səbəb olduğunu deyirlər.
 
“Sığorta pulunu sürücü deyil, lizinq şirkəti ödəməlidir”
 
Sığorta eksperti Xəyal Məmmədxanlı məsələ ilə bağlı fins.az-a münasibət bildirib. Onun sözlərinə görə,  avtomobilin kreditlə satışı ilə lizinqlə satışı arasında fərq var. Yəni, avtomobil kreditlə satılan onun sahibi sürücü hesab edilir. Avtomobil yalnız girov olaraq göstərilir.Ona görə də sığorta haqqı adi qaydada tələb olunur. Lizinqlə satışda isə avtomobilin mülkiyyətçisi lizinq şirkətidir. Avtomobilin hətta nömrəsi də lizinq şirkətinə məxsus olur. İcarə müddəti bitəndən sonra maşının yeni sahibi avtomobili alan şəxs olur. O hesab edir ki,  avtomobilin mülkiyyətçisi lizinq şirkəti olduğu üçün sürücü sığorta haqqını ödəməyi üzərinə götürməməlidir. Xüsusilə də müqavilə bağlanarkən vətəndaşlar bunu nəzərə almalıdırlar. Bu isə deməkdir ki, vətəndaş nəinki artıq xərc çəkməməli, hətta sığorta haqqını da ödəməlidir.
 
“Qanunla lizinqlə satılan maşının faktiki sahibi sürücüdür”
 
Hüquqi ekspert Cavid Məhərrəmov fins.az-a bildirib ki, “İcbari sığortalar haqqın” qanunun 53.1-ci maddəsinə əsasən  avtomobilin mülkiyyətçisi, onu icarəyə götürən və etibarnamə ilə idarə edən şəxs avtomobilin faktiki sahibi hesab edilir. Yəni, avtomobil lizinqlə satılırsa, sürücünün icarə müqaviləsi olduğu, etibarnamə verildiyi halda  faktiki sahib özü hesab edilir. Belə olan halda, sığorta haqqı da adi qaydada hesablanmalıdır.
 
“Lizinqlə satılan maşına görə sürücüdən az sığorta pulu alınmalıdır”
 
C.Məhərrəmov bildirib ki, qanuna əsasən faktiki sahibliyi lizinq şirkəti deyil, onu alan şəxs həyata keçirdiyinə görə, sığorta haqqı da adi vətəndaşlar üçün nəzərdə tutulan məbləğdə alınmalıdır. Yəni, sığorta şirkətlərinin adi vətəndaşdan şirkətə hesablanan məbləğdə sığorta haqqı almaq hüququ yoxdur.   
 
“Sığorta haqqı adi şirkətlərlə lizinq şirkətində fərqlidir”
 
Ekspert bildirir ki, lizinq olmayan digər şirkətlərin avtomobili də sürücüyə etibarnamə ilə verilir. Amma burada bir fərq var. Burada sığorta marağı nüansı nəzərə alınmalıdır. Mülki məcəllənin 889-cü maddəsinə əsasən sığorta marağının yaranması üçün əmlaka ziyan dəydiyi zaman onun maliyyə itkisinə məruz qalması faktı olmalıdır. Yəni, sürücü avtomobilin sahibi olduğu üçün ziyanı da o ödəməli olur. Avtomobil  lizinq olmayan digər şirkətlərə məxsusdursa, bu zaman ona dəyən ziyanda  sürücünün deyil, şirkətinin zərəri hesab edilir.
 
“Vətəndaşın sığorta marağı nəzərə alınmalıdır”
 
C.Məhərrəmov əlavə edib ki, vətəndaşın sığorta marağı mülki-hüquqi müqavilə ilə tanınır. Yəni,  lizinqlə avtomobili satanla alan arasında müqavilə olduğundan onun həmin avtomobilə sığorta marağı yaranır və  müştərinin onu sığortalamaq hüququ olur. (Fins.az)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
avtomobil - sığorta - lizinq -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:25-11-2016 16:22 - Oxundu: 737
Araşdırma
27-03-2017 12:09 Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
16-03-2017 09:14 Faciənin baş verdiyi evin sahibi: "Qaz xətti də bağlı idi"
13-03-2017 14:20 Kəndlilərə bildiriş gəlib: Torpağı ək, yoxsa…
01-03-2017 14:46 Müşfiqin büstünü hamı müdafiə etdi, bəs bu Müşfiq? – FOTO
18-02-2017 13:03 Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
15-02-2017 14:51 Uşaqların internet asılılığının əsl səbəbkarı kimdir? ARAŞDIRMA
13-02-2017 14:22 Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?
10-02-2017 11:16 İnternet zaman anlayışını dəyişir
10-02-2017 10:31 Yerli quş əti bahalaşır, səbəb...
10-02-2017 10:07 Bakıda kürünün kiloqramı 1500 dollardır
08-02-2017 09:30 1000 manat ver, Azərbaycan vətəndaşı ol, amma...
07-02-2017 10:39 Böhranda cibinizə münasib yemək hazırlamağın qaydası
03-02-2017 13:06 4000 nəfərin həyatına son qoyan TARİXİN ƏN ÖLÜMCÜL ÇOVĞUNU - FOTO
01-02-2017 12:27 Bakıda toy böhranı – bəzi şadlıq sarayları bağlana bilər
27-01-2017 22:09 Məcburi köçkünlər Hadı Rəcəblini yataqxanaya dəvət etdilər - FOTO
27-01-2017 10:43 Sovetin ilk mobil telefonu – LK-1 FOTO-VİDEO
24-01-2017 14:33 Kanadaya miqrasiya qaydaları – ARAŞDIRMA
21-01-2017 14:33 Köhnə çörəklər xəmirə qatılmaq üçün zavoda qaytarılır?
19-01-2017 16:05 "Kaspersky Lab": "Like" hərisliyi depressiyaya səbəb olur - FOTO
18-01-2017 11:10 Maqnitlə yanacağa qənaət etmək olarmı?
17-01-2017 14:47 Azərbaycandakı banklar müştəriləri ilə hansı dildə danışır? - MONİTORİNQ
10-01-2017 12:41 Harri Hudini – Böyük sehrbazın AXMAQ PƏRƏSTİŞKARA görə ölümü
26-12-2016 11:15 Android telefonları sürətləndirməyin yolları - ARAŞDIRMA
19-12-2016 22:36 İndiyə kimi neçə Rusiya səfiri öldürülüb? - ARAŞDIRMA - FOTO
16-12-2016 16:57 Suriya yalanlarının son nümunəsi: 7 yaşlı Hələbli Bana - ARAŞDIRMA
12-12-2016 16:45 Azərbaycan kinoteatrlarında uşaqlar üçün təhlükəli cizgi filmi -VİDEO
10-12-2016 11:30 Yeni ilə özəl endirim, yoxsa artım kampaniyaları?
06-12-2016 11:13 Toy mövsümü başlayınca bahalaşan ev əşyaları
25-11-2016 16:22 Lizinqlə satılan maşınlara görə niyə artıq sığorta pulu tələb edilir? – ARAŞDIRMA
21-11-2016 10:34 Ölkənin milyonları Rusiya sərhədində batır - araşdırma
11-11-2016 11:08 İşdən çıxarılan nazirlər- kimlər haradadır?
05-11-2016 11:28 “Aprel döyüşləri”nin təkrarlanması üçün real zəmin yaranıb
04-11-2016 14:25 Füzulinin Bakı şəhərində yerləşən heykəli...
02-11-2016 10:12 Bakı avtovağzalında təhlükəsizlik aşağı səviyyədədir - FOTO
01-11-2016 16:00 Bu stulun sahibi kimdir? - FOTO
01-11-2016 09:46 Nardaranlılardan silinən işıq borclarını tələb edən kimlərdir?
31-10-2016 12:21 Eldar Mahmudovun bağ evindən reportaj - FOTO
28-10-2016 10:58 Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?
12-10-2016 15:21 General Çovdarov Tağı Əhmədovdan 3 milyonu necə qopardı - TƏFƏRRÜAT
07-10-2016 10:31 Azərbaycan xalqının banklardan götürdüyü kredit pullarının əsl sahibi kimdir?
06-10-2016 15:56 Qabla gələn tədrici ölüm - ARAŞDIRMA
06-10-2016 10:37 Xərçəngi iki gündə sağaldan dərman tapıldığı iddia edilir
04-10-2016 16:38 "Azərişıq"da müəmma: aydın olmayan prosedur və acı nəticələr - ARAŞDIRMA
29-09-2016 16:46 "8-ci kilometr bazarı" Çovdarovun qızına necə verilib?
26-09-2016 11:31 Ucuz ağrıkəsicilər, antibiotiklər apteklərdən niyə və necə “yoxa çıxıb”…
17-09-2016 13:48 Bakıdakı evini sataraq İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi
17-09-2016 13:48 Səud rejimi İslam həccini necə oğurladı və inancdan necə qazandı? ARAŞDIRMA
07-09-2016 13:05 Azərbaycanlıların idarə etdiyi “qara mühasibat” və meyvələr üzərində qan - FOTO-VİDEO
06-09-2016 17:16 Klinton ölüm ayağındadır? - FOTO-VİDEO
02-09-2016 11:47 Sıravi bank işçiliyindən ən yüksək vəzifəyə, oradan isə...
30-08-2016 11:45 ABŞ-ın məxfi silahı: H-1B
30-08-2016 11:42 Dünyanı nüvə bombasından qoruyan “Dəhşət tarazlığı” anlayışı
25-08-2016 12:52 UŞAQ BİRJALARI - Avropanın yeni cəhənnəmi - FOTO
23-08-2016 16:13 Keçmiş nazir Azərbaycanı Gülən məktəbləri olmadan təsəvvür etmir
20-08-2016 12:49 Uşaqların sevimli konfetlərinin nədən hazırlandığını bilirsinizmi? ŞOK FAKTLAR
16-08-2016 16:42 Gülənin Azərbaycan barədə 25 İL planı – ŞOK DETALLAR - FOTO
10-08-2016 14:28 1.30 dəqiqə Ərdoğanı gözləyən Putin kimləri nə qədər gözlədib? VİDEO
06-08-2016 11:29 2 manatlıq "sələmçilər", qızıl qoyub 50 manat borc alanlar…
04-08-2016 16:47 Belə beyni olan insanları dünyada barmaqla göstərirlər - FOTO
04-08-2016 12:22 Həkimlər niyə ağ xalat geyinir?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır
27-03-2017 10:12
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
27-03-2017 10:56
Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
27-03-2017 12:09
Alimlər sübut etdi: Yumurta toyuqdan sonra yaranıb
27-03-2017 11:15
Kadırov Suriyada döyüşən çeçen döyüşçüləri mükafatlandırdı - VİDEO
27-03-2017 10:52
Yoxa çıxan eşşəklər dönərxanalardadır? - RƏSMİ AÇIQLAMA
27-03-2017 10:34
Rusiya surəti saatda 7.4 min km olan səsdənsürətli raket hazırlayır-VİDEO
27-03-2017 12:02
Dollar bu gün neçəyə satılır?
27-03-2017 09:22
BƏƏ polisi "Ginnesin Rekordlar Kitabı"na düşüb - VİDEO
27-03-2017 11:45
Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun!
27-03-2017 12:30
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az