Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
13:51
615
Əliyar Ağayevin Avropa çempionatındakı qərarı narazılığa səbəb olub - VİDEO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsindəki idarəçiliyi narazılığa səbəb olub.

Evdə Serbiyaya 1:3 hesabı ilə uduzan Avstriya yığmasının baş məşqçisi Verner Qreqoriç və komandanın kapitanı Konrad Laymer baş hakimin matçın nəticəsinə təsir edən səhvə yol verdiyi qənaətindədirlər.

Onların fikrincə, Ağayev matçın 86-cı dəqiqəsində, hesab 1:1 olan zaman Avstriya yığmasının qapısına yanlış penalti təyin edib. Qriqoriç bildirib ki, referi 11 metrlik nöqtəni göstərməklə düz etməyib: “Həmin epizodda qayda pozuntusu yox idi. Oxşar vəziyyət Rusiya ilə oyunumuzda da baş vermişdi. Vacib oyunlarda iki penalti. Bu cür hallar futbolda tez-tez olur”.

Penaltiyə səbəb olan kapitan isə deyib ki, bu cür oyunda uduzmaq ağırdır. Laymerin sözlərinə görə, o, topa rəqibin ayaqları arasında toxunsa da, referi qayda pozuntusu qeydə alıb.

Avstriyalıların narazılığına rəğmən, oyunun videoicmalına baxan zaman Ağayevin penalti epizodunda səhvə yol vermədiyini görmək olar. Laymer cərimə meydançasında Saşa Lukiçə qarşı açıq-aşkar kobud oynayır və Azərbaycanlı FİFA referisi haqlı olaraq 11 metrlik nöqtəni göstərir.

Serbiya yığması hazırda 12 xalla VII qrupun lideridir. Hesabında 6 xal olan Avstriya millisi isə 4-cü sıradadır.(report)

Məqalədə : Əliyar Ağayev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru