Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
11:09
Livan və İraq Suriya üzərindən ticarəti bərpa edir

Livan və İraq  üç ölkəni birləşdirəcək yerüstü marşrutu bərpa etmək məqsədiylə Suriya ilə əməkdaşlıq barədə razılığa gəliblər.

FaktXeber.com-un NNA-ya istinadla verdiyi məlumata görə, bu barədə Livanın XİN rəhbəri Gebran  Bassil Bağddada iraqlı həmkarı Məhəmməd Əli Hakim ilə mətbuat konfransında bəyan edib.

O, bildirib ki, hər iki tərəf suriyalı qaçqınların öz ölkələrinə qaytarılması və Suriya ərazisindən keçməklə Livanı İraqla birləşdirən  quru yol marşrutunun bərpası barədə fikir mübadilələri aparıblar.

İraqın XİN rəhbəri Məhəmməd Əli Hakim öz növbəsində Bağdad və Beyrut arasında Suriya ərazisindən keçməklə aqroməhsulların tranziti və ticari əlaqələrin genişləndirilməsi barədə əldə etdikləri razılıq barədə məlumat verib.

Livan XİN rəhbəri həmçinin İraqın Baş naziri Adil Əbdül Mehdi ilə görüşərək, ikiktərəfli münasibətləri, həmçinin Livan, Suriya, İordaniya və İraqla vahid iqtisadi bazarın yaradılması imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Gebran Bassil Livan Parlamentinin hökumətdən  Beyrutun Dəməşqlə əlaqələri bərpa etmə barədə təkliflərindən sonra  Bağdada səfər edib.

Yeri gəlmişkən onu da bildirək ki, Dəməşk və Əmman malların Yaxın Şərqə göndərilməsinə imkan verən Nassib keçid məntəqəsini açmaq barədə qərara gəliblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Livan İraq Suriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 08:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com