Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
15:20
258
Əlil tələbələr təhsil haqqından azad edilsin - TƏKLİF

Azərbaycanda əlil tələbələrin təhsil haqqından azad edilməsi təklif edilir. Bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Deputat bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunmaları bu kateqoriyadan olan şəxslərin tam şəkildə təhsil almasına imkan yarada bilər:

“Onların sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilmələrini xahiş edirlər. Bunun bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar”./Trend

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : əlil tələbə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-03-2019 15:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com