Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Aprel

2017
20:58
668
Əli Şəmxani: `Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik`

Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Cənab Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru