Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
15:07
394
Əli Kərimlini istintaqa çağırıblar

“Məni rəsmi çağırışla 5-ci gün, saat 10:30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət ediblər.”

FaktXəbər-in məlumatına görə, bu barədə AXCP sədri Əli Kərimli bildirib.

Ə.Kərimli bildirib ki, İstintaq İdarəsinə çağırılmasına səbəb AXCP rəhbərliyinin partiyanın üzvü olmayan şəxslərə üzvlük vəsiqələri verməsi ilə bağlıdır: “Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar. 

Mənimlə bərabər AXCP sədrinin müavini Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru