Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
14:06
606
Əli Hüseynli: Milli qəhrəmanlar evlə təmin olunmalıdır

Milli qəhrəmanlar evlə təmin olunmalıdır. FaktXeber.com-un Trend-ə istinadla məlumatına görə, belə bir təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çııxş edib.

Komitə sədri bildirib ki, bu gün ölkədə Milli Qəhrəmanların İctimai Birliyi fəaliyyət göstərir və onlar ölkə başçısına Milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər:

"Hökumət bunu nəzərə almalıdır. Digər bir məsələ də ondan ibarətdir ki, bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda Milli qəhrəman var ki, onlar evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb. Yaxın gələcəkdə onlar evlə təmin edilsə, yaxşı olardı".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

May
12:55
ÖLKƏ
1393

Qədr gecəsində nə etməli?

24

May
12:44
RAMAZAN AYI
1344

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
60
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 13:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru