Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Avqust

2017
15:52
4277
İlham Əliyev “Qarabağ” futbol klubuna 2 milyon manat ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb.

FaktXəbər-in məlumatına görə, sərəncamda “Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının Azərbaycan futbolunun tarixi qələbəsi olduğu vurğulanır.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyi, ölkəmizdə futbolun inkişafında və yüksəlişində xidmətləri nəzərə alınaraq, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru