Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Mart

2017
16:32
1189
İlham Əliyevin Fransaya rəsmi səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və Fransanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Fəxri qarovul dəstəsinin rəisi dövləti başçısına raport verib.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 18:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru