Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

08 Dekabr

2016
11:14
887
İlham Əliyev Azərbaycan, İran və RF prezidentlərinin deklarasiyasını təsdiqləyib

FaktXeber.com-un verdiyi məlumata görə, Prezident İlham Əliyev Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

Bəyannamə cari ilin avqustun 8-də dövlət başçısı İlham Əliyevin həmkarları Həsən Ruhani və Vladimir Putinlə üçtərəfli görüşü ilə əlaqədar qəbul edilib. Sənəddə əsasən  bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrləri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun dərinləşdirilməsi və genişləndirilməsi vurğulanıb.

Bəyannamədə həmçinin üç ölkənin terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə və nformasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı daha qətiyyətlə qarşı durmaq barədə danışılır.

Tərəflər həmçinin  mədəniyyət, gənclər mübahiləsi, turizm və biznes sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək, konsulluq və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət niyəttləri barədə bildiriblər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru