Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
10:37
`Lester` prezidentinin helikopterinin qəza səbəbi açıqlandı

«Lester Siti» sahibinin helikopterinin qəza səbəbi açıqlanıb.  FaktXeber.com-un verdiyi məlumata görə, Böyük Britaniya Aviasiya hadisələrinin  İstintaqı İdarəsinin ekspertləri bu barədə hesabat yayıblar.

«Pilotun istifadə etdiyi mexanizmlər quyruq rotoru ilə rabitəni itirib. Nəticədə  helikopter idarəolunmaz şəkildə  sağa çevrilib, dövr etməyə başlayıb və yerə çırpılıb», - deyə məlumatda bildirilir.

Daha sadə dillə desək – pilotun kabinəsində dönməni idarə edən pedallar sükan sistemindən ayrılıb, nəticədə helikopter sabitliyini itirib, dövr etməyə başlayıb və yerə çırpılıb.

Hesabatda vurğulanıb ki, hadisənin bu versiyası istintaq üçün prioritet olsa da, digər ehtimal olunan faktorlar da araşdırılır. 

Xatırladaq ki, faciə cari ilin oktyabr ayının 27-də İngiltərə premyer liqasının «Lester»-«Vest-Hem» oyunundan təqribən 1 saat sonra baş verib.

Helikopterin göyərtəsində tayvanlı milyarder və klubun rəhbəri Vişay Şrivaddanprabha, onun qızı, 2 pilot və köməkçisi olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Lester 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com