Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
15:40
1215
KİV: Kim Çen In Trampla görüşündə boyuna görə platforma ayaqqabı geyinib

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşünə ehtimal ki, gizli platformalı ayaqqabı geyinib. FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, bu barədə Cənubi Koreyanın «Tona İlbo» qəzeti məlumat verib. Nəşr bildirir ki, bu iki dövlət başçısı arasında boy fərqini azaltmaq üçün edilib.

Məqalədə deyilir ki, KXDR lideri  Amerika prezidentindən təqribən 20 sm balacadır. Lakin Sinqapurda keçirilən sammitin foto və videolarda Kim Çen In və Tramp aroasında boy fərqi o qədər də sezilmir.

«Sammit zamanı  Kim Çen In başını qaldırmadan Trampın gözlərinə baxa bilirdi. Həmçinin iki lider yanaşı durduqda boy fərqi təqribən 10 sm civarında görünürdü. Trampa məğlub olmamaq üçün  Kim Çen In ayaqqabının hündürlüyünü qaldıra, dabanını yüksəldə, yaxud da içliyini hündür edə bilərdi», - deyə qəzet bildirir.

Gizli platforma versiyasını sübut eləmək üçün nəşr Trampın Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədri  Kim Yon Çxolla şəklini nümunə gətirir. Məlumdur ki, Kim Çen In ilə şimali koreyalı məmur bir boydadır, lakin Trampla görüşdə Kim Yon Çxol Amerika prezidentindən bir baş aşağı görünür.

Məqalədə : Kim Çen In Tramp 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 17:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com