Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Nazirlikdən verilən məlumata görə, yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 33 m3/san azalaraq 146 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.9, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 2.2, Bəhramtəpədə isə 3.1 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.99-6.42 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. (Trend)
- 12-05-2017 10:44 Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
- 10-05-2017 12:39 Hava pisləşəcək, güclü külək əsəcək, yağış, dolu yağacaq
- 08-05-2017 12:37 Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq
- 03-05-2017 12:42 Havanın sabaha olan temperaturu açıqlanıb
- 02-05-2017 12:51 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
- 02-05-2017 10:58 Azərbaycanda vulkan püskürməsi baş verib
- 01-05-2017 13:06 Mayın 2-dən 5-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
- 29-04-2017 12:38 Bazar gününə olan hava proqnozu açıqlanıb
- 28-04-2017 14:21 May ayına olan hava proqnozu açıqlanıb
- 28-04-2017 14:02 Hava yağıntılı olacaq
- 27-04-2017 12:41 Sabah havanın temperaturu 25 dərəcəyədək yüksələcək
- 26-04-2017 12:23 Sabaha olan hava proqnozu açıqlanıb
- 25-04-2017 15:04 Azərbaycanda güclü küləklər intensivləşib
- 25-04-2017 12:45 Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacaq
- 24-04-2017 21:30 Ağcabədidə balıqların kütləvi tələf olma səbəbi bilindi
- 24-04-2017 14:46 Aprelin 26-dan etibarən hava şəraiti sabitləşəcək
- 24-04-2017 12:47 Küləkli hava davam edəcək - XƏBƏRDARLIQ
- 22-04-2017 12:52 İstirahət günü Azərbaycanda güclü külək əsəcək, dolu düşəcək
- 22-04-2017 11:09 Çaylarda sululuq səviyyəsi açıqlandı
- 21-04-2017 14:40 Sabah Azərbaycana dolu düşəcək - XƏBƏRDARLIQ
- 20-04-2017 12:29 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 20-04-2017 11:11 Bu il yaz-yayda havanın orta temperaturu normadan yüksək olacaq
- 20-04-2017 10:07 Proqnoz: Dağ çaylarında daşqınlar olacaq
- 19-04-2017 16:27 Bu gecə Yer kürəsinin yaxınlığından təhlükəli asteroid keçəcək - FOTO
- 19-04-2017 14:13 Coğrafiya İnstitutu: İqlim dəyişikləri Xəzər dənizinə mənfi təsir göstərib

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 19:04
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]