Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
10:50
1047
Koreya Azərbaycan iqtisadiyyatına 180 mln. dollaradək investisiya yatırıb

Koreya Respublikası tərəfindən Azərbaycan iqtisadiyyatına 180 milyon dollara yaxın, Azərbaycan tərəfindən isə bu ölkəyə 474 milyon dollar investisiya yatırılıb.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Azərbaycan və Koreya Respublikası arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında 57 sənəd imzalanıb. Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, həmin şirkətlər dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.

Ş.Mustafayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, ötən ilin 11 ayında ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını diqqətə çatdırıb./Azərtac

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Koreya Azərbaycan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-03-2019 04:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com