Tarix:11-10-2016 11:28
Kompüter oyunlarında gizlədilmiş İslam düşmənçiliyi - FOTO
Şərh yaz
Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılıç İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin 3-ci Konfransı çərçivəsində kompüter oyunlarında, "Oyunlarda İslamofobiya" məsələsini şərh edib.
 
FaktXəbər-in məlumatına görə, o, dünyada İslamofobiyanın yayılmağa çalışıldığını söyləyərək, "Apardığımız tədqiqatlar nəticəsində rəqəmsal dünyada hazırlanan oyunların içərisinə İslam əleyhinə kadrların yerləşdirildiyini görürük. Dinimizdə müqəddəs olaraq görünən bir çox rəmzinin təəssüf ki, mənfi mənada bəzi oyunlarda istifadə edildiyini aşkar etdik. Bunu xüsusilə qeyd etməyimizin səbəbi isə odur ki, istəyirik İslam dünyası və İslam dünyasında məsul şəxslər buna qarşı mübarizə aparsınlar, uşaqları və gəncləri bu təbliğata qurban getməmələri üçün səylər göstərsinlər", - deyə danışıb.
 
Hər gün milyonlarla insan tərəfindən oynanılan kompüter oyunlarda İslam əleyhinə səs, vizual və personajlar var. FaktXəbər-in məlumatına görə, həmin oyunların ən populyarları bunlardır:
 
"GUITAR HERO-3": Bu oyun, aktyorlara səhnədə musiqi alətini ifa etmək üzərində qurulub. Milyonlarla istifadəçi tərəfindən oynalınan bu oyunda səhnədə aktyorun güclü sıçrayışlarla ərəbcə ALLAH yazısının üzərində rəqs etdirilməsi ilə izlənilir.
 
"DEVIL MAY CRY 3/DANTES AWAKENING": Dünya şöhrətli "Third Person" 3-cü nəsli oyununda da müsəlmanların qibləsi olan Kəbənin qapısı şeytan qurğusuna girişin simvolu olaraq istifadə edilir.
 
"RESIDENT EVIL": Milyonlarla istifadəçisi olan oyunda Həzrət Peyğəmbərin məzarının qapısı düşmənlərin ordular halında gəldiyi xaos mühitinin mənbəyi kimi təqdim edilir. Məscidi-Nəbəvinin qapısının üzərində "İlluminati" rəmzi yerləşdirilib və oyunun kitabxanada keçən hissəsində isə bütün kitablar rəfdə, yalnız Qurani-Kərim yerdə göstərilir.
 
"CALL OF DUTY": Dünyada indiyə qədər istehsal edilən ən böyük serialı oyun halına gələn "Call Of Duty"də xaraba bir evin tualetində divarda hədisi şərif ilə bəzədilmiş şəkil çərçivəsinin asıldığı görünür. Oyun firmasına edilən şikayətlərdən sonra çıxarılan çərçivənin yerinə qara rəngli çərçivə qoyulub.
 
"HITMAN": DNT-si dəyişdirilmiş bir əsgərdən bəhs edən oyununun ssenarisinə görə, o, düşmənləri öldürməyə və tapşırıqları yerinə yetirməyə çalışır. Bu oyunda da İslamı təhqir edən görüntülərə yer verilib. 
 
"COUNTER STRIKE": Dünya şöhrətli əsgər-terrorçu toqquşmasına əsaslanan snayper oyununda terrorçular yaralanarkən, ya da ölərkən "Allahu Əkbər" və "La ilahə illəllah" səsi eşidilirdi. İslam dünyasının sərt etirazlarından sonra oyun təsisçiləri tərəfindən yenilənib və həmin səs effektləri oyundan çıxarılıb.
 
"SERIOUS SAM": Dünyanı vəhşilərdən qorumaq üzərində qurulan oyunda məxluqlar hansısa ziyarətgahın içərisindəki qəbirlərdən çıxır və buna görə də ağır silahlarla ziyarətgaha hücum dilir.
 
"CLIVE BARKERS UNDYING": Oyunun bölümlərinin birində baş qəhrəman şeytanın təcavüzünə məruz qalır. Şeytan bir yerdə dayanıb hücumları həyata keçirərkən Quran ayəsinin üzərində durur.
 
"ZACK & WIKI": Oyunda iyrənc məxluqları göstərən düşmənlər ölərkən "Allahu Əkbər" səsi çıxarırlar.
 
"AYODANCE": Oyunda Dj 5.000.000 xal qazananda Qurani-Kərimin üzərində mahnı oxuyub rəqs edir.
 
"MUSLIM MASSACRE": Oyun çarşablı qadınlar və saqqallı adamları öldürmək üzərində qurulub. Və burada göstərilən saqqallı və çarşablı personajlar eybəcərə, qorxunc şəkildə təsvir olunub.  Oyunun sonunda Həzrət Peyğəmbərin öldürülməsi tələb olunur.
 
"BOMB GAZA": Qəzzanı bombalayıb, çarşablı qadınları və əbalı kişiləri öldürmək üzərində qurulmuş oyundur.
 
"MINARETT ATTACK": Oyunda dağətəyi sakit bir İsveçrə şəhərində kilsələr görünür. Ancaq başla əmri verilən kimi yerdən şəhəri işğal edəcək şəkildə minarələr qalxır. Oyunçu nə qədər minarə və ya müəzzin vursa, o qədər çox xal alır. Vurulmayan müəzzinlər oyunu uduzmağın əvəzi kimi dayanmadan azan oxuyurlar.
 
"PACMAN": Dünya şöhrətli "Pacman"ın bir versiyasında müsəlman çarşablı qadınları toplanaraq növbəti mərhələlərə keçilir.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
islam - islamofobiya - terror - oyun -
Paylaş :
Mail Yazdır Şərh yaz 1 dəfə şərh edilib
Tarix:11-10-2016 11:28 - Oxundu: 5463
Şərhlər
SEYİD tərəfindən 11-10-2016 Tarixində yazıldı
--ALLAH İSLAM DÜŞMƏNLƏRİNƏ LƏNƏT ETSİN
Mənəviyat
20-02-2017 16:44 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 16-CI YOL
18-02-2017 12:10 QMİ sədri: “Avropa miqrantların qarşısında divarlar çəkir”
13-02-2017 16:40 Həccə gedənlər səfər pulunu hissə-hissə də ödəyə biləcək
11-02-2017 21:55 Azərbaycandan bu mövsüm Ümrə ziyarətinə 200-dən çox zəvvar gedib
11-02-2017 13:11 Bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür
11-02-2017 10:42 "Suriyada oturub "Azərbaycanı qan gölünə çevirəcəyik" deyənlərdən qorxmaq lazımdır"
07-02-2017 11:25 Ölkə məscidlərinin elektron axtarış xəritəsi - YENİLİK
07-02-2017 10:32 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 15-Cİ YOL
06-02-2017 17:06 Komitə: “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək
02-02-2017 14:05 Azərbaycandan 75 nəfər Həcc ziyarətinə yola düşüb
02-02-2017 11:29 İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) mövlududur
30-01-2017 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 14-CÜ YOL
28-01-2017 12:01 Həcc xərci 8 min manat oldu – Azərbaycandan cəmi 600 nəfər gedəcək
26-01-2017 15:09 Həcc ziyarətinə sənəd qəbulu başladı - QİYMƏTLƏR
25-01-2017 16:37 Qafqaz Müsəlmanları İdarəsi yeni vahid xütbə kitabı hazırlayır
24-01-2017 15:20 İmamzadədəki lövhə məsələsi aydınlaşdı: "MƏN ETMİŞƏM!"
18-01-2017 11:52 Ziyarətgahların İŞİD-dən müdafiəsi üçün orijinal üsul düşünülüb
17-01-2017 12:15 Azərbaycandan bir dəfədən artıq Həccə gedənlərin NƏZƏRİNƏ!
16-01-2017 12:25 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 13-CÜ YOL
13-01-2017 14:28 Özbəkistanda həcc ziyarətinə iki dəfə getmək qadağan edilib
13-01-2017 09:39 Masallı şəhər məscidini xarabaya çeviriblər - FOTO
11-01-2017 17:04 Dini Komitə və QMİ "İslam Həmrəyliyi İli"ndə hansı işlər görəcək?
10-01-2017 13:00 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 12-Cİ YOL
09-01-2017 10:22 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
07-01-2017 22:30 Ayətullah Sistaninin orqan nəqli barədə fətvası açıqlandı
07-01-2017 11:32 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
05-01-2017 21:41 Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək
05-01-2017 10:40 Kərbəlaya piyada getmiş azərbaycanlı ilk müsahibəsini FaktXəbər-ə verdi - VİDEO
03-01-2017 20:25 Məscidi Əqsada iki ildə 97 nəfər müsəlman olub
30-12-2016 14:55 Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb - FOTO
20-12-2016 14:01 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 11-Cİ YOL
19-12-2016 14:05 Rusiyada müsəlman telekanalı yaradılır
17-12-2016 16:01 Bakıda “Biz səni görmədən sevdik Ya Rəsuləlalah” adlı flaşmob keçirilib
17-12-2016 13:55 Peyğəmbərin (s) mövlud günü Bakıda ağacəkmə kampaniyası - FOTO
17-12-2016 10:43 Bu gün Məhəmməd (s) Peyğəmbərin mübarək mövlud günüdür
14-12-2016 15:31 Azərbaycanda 7 yeni mədrəsə açılacaq - RƏSMİ
13-12-2016 14:09 Teoloq: “Quranla Allahı isbat etməzlər” - MÜSAHİBƏ
13-12-2016 12:35 Ruh bədənə qalib gələrsə, nə baş verər?
12-12-2016 14:46 Yəməndə yüzminlərlə insan Peyğəmbərin mövludunu qeyd etdi-VİDEO
08-12-2016 14:42 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 10-CU YOL
06-12-2016 16:17 İş yerləri və təhsil ocaqları namaz qılmaq yeri deyil - RƏSMİ
05-12-2016 22:37 Komitə sədrindən 1500 məscidin axundsuz fəaliyyət göstərməsinə MÜNASİBƏT
05-12-2016 16:23 Azərbaycan vətəndaşı Ümrə ziyarəti üçün 1550-2250 dollar ödəyəcək
05-12-2016 15:20 Dini Komitə “Fitnə” filminin ikinci hissəsini çəkir
05-12-2016 09:46 Mobil Qurani-Kərim tətbiqlərinə qarşı diqqətli olun!
01-12-2016 15:47 Alimlər Həzrət İsaya aid 2000 yaşı olan kitab tapıblar - FOTO
30-11-2016 13:34 Bu gün İmam Rzanın (ə) şəhadət günüdür
29-11-2016 15:55 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 9-CU YOL
28-11-2016 12:24 Ölkədə 1500 məscid axundsuz fəaliyyət göstərir - Rəsmi
28-11-2016 11:45 Bu gün İslam Peyğəmbərinin vəfatıdır
24-11-2016 16:14 Ümrə ziyarətinə səfərlərin tarixi bəlli oldu
23-11-2016 16:47 Dövlət Komitəsi Nardaran pirindəki icmaya maliyyə yardımı ayırıb
22-11-2016 20:57 500 zəvvarın problemi həll olunub - FOTO
22-11-2016 15:33 "Məni "Zeynəb-Zeynəb" rövzəsinin müşayiəti ilə dəfn edin..."
12-11-2016 11:39 QMİ Həcc qiymətlərini qaldıra bilər - RƏSMİ
11-11-2016 16:44 Yuxu pozğunluğu olanların nəzərinə! Şəfası Quranda var
11-11-2016 10:29 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 8-Cİ YOL
08-11-2016 13:04 ABŞ-da “Hüseyn kimdir” təşkilatı evsiz insanları yeməklə təmin edir-FOTO
07-11-2016 14:12 Bu il Azərbaycanda 22 dini qurum ləğv olunub
01-11-2016 09:31 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 7-Cİ YOL

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az