Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Aprel

2017
16:27
781
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına erməni başçılıq edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Yuri Xaçaturov təyin edilib. FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ictimaiyyətə təşkilatın baş katibi vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov məlumat verib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katibinin təyin edilməsi məsələsinə baxarkən Yuri Xaçaturovun bu postu mayın 2-dən icra etməsi yekdilliklə qəbul olunub",-deyə Valeri Semerikov bildirib .

Qeyd edək ki, erməni general baş katib postunda I dərəcəli KTMT şurasının fərqlənmə nişanı ilə təltif edilən Nikolay Bordyujanı əvəz edib. Buna qədər Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 11:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru