Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 İyul

2017
16:53
978
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlandı

Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olmaq istəyənlər üçün müsabiqə şərtlərini açıqlayıb.

Komissiyadan FaktXəbər-ə bildirilib ki, tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 30-dan və Azərbaycan/rus dili, riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə cavablara məhdudiyyət tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 25-dən (fənlər üzrə cavablara məhdudiyyət tətbiq olunmur) az olmayan abituriyentlər buraxılır. Bu ixtisasları yalnız imtahanda topladıqları ümumi balları qeyd olunan müsabiqə şərtini ödəyən və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər.

Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat 18 iyula qədər davam edəcək. Qabiliyyət imtahanları isə 25 iyul-3 avqust tarixlərində keçiriləcək.

11 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 15-19 avqust tarixlərində aparılacaq.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsinə qəbul (buraxılış) imtahanında topladığı ümumi balı 40-dan, ana dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız imtahanda topladıqları ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər.

Qabiliyyət imtahanlarında iştirak etmək üçün elektron qeydiyyat 18 iyula qədər davam edəcək. Qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində keçiriləcək.

9 illik bazada kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 25 iyul-6 avqust tarixlərində aparılacaq.

Məqalədə : kolleclərə qəbul 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru