Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 İyul

2017
15:47
1032
Kənar gözlərdən gizli 9 ev - FOTO

Hər kəsin həyatında elə bir an olur ki, özü ilə tək qalmaq isəyir. Bunun üçün bəzən gözlərimizi yumaraq dənizin səsindən və yarpaqların xışıltısından başqa səslərin olmadığı, heç kimin və heç nəyin sükutu pozmayacağı bir yerdə özümüzü təsvir edirik. FaktXeber.com olaraq təqdim etdiyimiz evlərin sahiblərinə isə belə xəyallar qurmalarına ehtiyac yoxdur, çünki evləri kənar gözlərdən tam uzaqda yerləşir.

ABŞ, Texas

Xaricdən bu ev qazmaya oxşasa da, daxildən komfort həyat üçün hər şey, hətta kiçik hovuzu belə var.

Kanada, Britaniya Kolumbiyası

Qeyri-adi layihə və damdakı yaşıl örtük evin tamamilə landşaftla qarışmasına gətirib.

Çin, Hunan, Ticarət Mərkəzinin başında evlər

4 milyon əhalisi olan şəhərdə boş yer demək olar ki, yoxdu. Bu səbəbdən arxitektura işləri də bəzən qeyri-standart olur.

ABŞ, Yuta, Kanyonda villa

1986-ci ildə bina sakit yerdə yaşamağın xəyalını quran cütlük tərəfindən hazırlanıb.

İsveçrə,  Vals

Belə bir binanın tikilməsinə səbəb yerli qanunlar olmuşdu: hökumət  mənzərəni piozduğu üçün hündür evlərin tikilmıəsini qadağan edib. Beləliklə memar da mağarada ev tikmək qərarına gəlir.

Çili, Kokimbo

Sualtı qayığa bənzəyən bu ev 2 səviyyədən ibarətdir. Onlardan biri torpağın altındadır.

Norveç, Xordalann

Layihədə əsas məqsəd  landşaftla tam inteqrasiya olub.

ABŞ, Kaliforniya

Bir qrup quru yarpaqdan ibarət qəribə ev Kaliforniya səhrasında yerləşir.

Livan, Beyrut

İlk əvvəl qayada ev layihəsinə inanan olmayıb. Lakin sonradan layihə bütün diqqəti özündə cəmləşdirir. Nəticədə Livanın Daşınmaz Əmlak Agentliyi işi öz üzərinə götürüb.

Məqalədə : qəribə ev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru