Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Sentyabr

2017
10:08
970
Klinton: Əgər ruslar mənə kömək etsəydi, həqiqəti üzə çıxarardım

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-da prezidentliyə namizəd olmuş Hillari Klinton Donald Trampın Rusiya əlaqələri mövzusunda CNN telekanalına müsahibə verib. O, müsahibə zamanı qeyd edib ki, əgər ruslar ona prezident seçkilərində köməklik etsəydi, onda həqiqətləri üzə çıxarardı. 

"Əgər məni rusların istəyi və ya müdaxiləsi ilə prezident seçsəydilər və ya bu posta təyin olunmağımda qarşı tərəfin hər hansı iştirakı olsaydı, onda prezidentliyimin ilk günüdə dəqiq araşdırma aparılması barədə göstəriş verərdim. Heç bir ölkə bizim demokratiyaya toxuna bilməz. Mən əminəm ki, tərəflər görüşüblər və telefon danışıqları da olub. Həmçinin tərəflər arasında bəzi maliyyə fırıldağı da olub. Yaşayarıq, görərik. Bütün olanlara rəğmən mən xüsusi prokurora tam etibar edirəm, amma bilmirəm, sonu necə olacaq",-deyə Hillari Klinton əlavə edib. 

Məqalədə : Hillari Klinton 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 02:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru