Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Noyabr

2016
14:56
1707
“Kitayskiy” Pentaqon – FOTO-VİDEO

FaktXeber.com olaraq bu gün sizlərə, Pentaqonun xarici görünüşcə Çin variantı olan Shanghai Pentagonal Mart barədə məlumat verəcəyik.

2009-cü ildə tikilən Shanghai Pentagonal Mart görünüşcə ABŞ Müdafiə Nazirliyinin mənzil qərargahının tam surətidir, ancaq ondan qat-qat böyükdür. Nəhəng mərkəzin sahəsi 283 min kv.m-dir (müqayisə üçün bildirək ki, Pentaqonun sahəsi 140 min kv.m-dir).

İlk əvvəl Shanghai Pentagonal Mart kiçik riteylerlər üçün nəzərdə tutulmuşdu, ancaq nədənsə onlar bununla maraqlanmayıblar. Sonra burda diskont-mərkəz təşkilinə cəhd edildi, ancaq bu zaman da alıcılar tərslik etdilər.

Uğursuzluğun səbəbi kimi, nəhəng ticarət mərkəzinin meqapolisin kənarında yerləşməsi göstərir. Hazırda binanın girişində sadəcə bir neçə  ticarət növtəsi var.

Shanghai Disney Resort atraksionlar parkının Shanghai Pentagonal Mart-ın cəmi 8 km-də açılmasının ticarət mərkəzinə yeni həyat verəcəyi düşünülür.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru