Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Avqust

2013
12:57
Kinorejissor Ələkbər Muradov öz ad günündə dünyasını dəyişdi

Bu gün səhər uzun sürən xəstəlikdən sonra Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ələkbər Muradov 65 yaşında dünyasını dəyişib.

FaktXəbər-in məlumatına görə, onun yaxınları bildiriblər ki, Ələkbər müəllim üç il imiş xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Ələkbər Muradov 70 sənədli və 2 bədii filmin müəllifidir.

Qeyd edək ki, Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləyib. "Anamın duaları", "Anaya məktub", "Dünən, bu gün, sabah", "Mənim ağ şəhərim" adlı filmlərin müəllifidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com