Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Sentyabr

2016
09:52
1287
Kino üçün `Vest Hem` futbol klubunun stadionunu partlatdılar - VİDEO

FaktXəbər-in İndependent-ə istinadən  verdiyi məlumata görə, Londonun «Vest Hem» futbol klubunun  keçmiş arenası «Boleyn Qraund»da idarəolunan partlayış həyata keçirilib. Stadionun partlayış anı, həmçinin dağıntıların fotoları sosial şəbəkələrdə yayılıb.

Partlayışı "Yekun hesab" ("Final Score") döyüş filmi üçün çəkiliş qruppu həyata keçirib. Filmin ssenarisinə görə, cinayətkar silahlı dəstə  futbol oyunu zamanı stadionu ələ keçirir və tribunalarda bir neçə partlayış həyata keçirir. Müəlliflərin sözlərinə görə, "Final Score"  Bryus Uillisin iştirak etdiyi məşhur "Məğlubedilməz" kimi bir film olacaq.

Qeyd edək ki, "Boleyn Qraund" stadionu 1904-cü ildə açılmışdı və ötən mövsümün sonuna kimi "Vest Hem Yunayted" komandası orada iştirak edib. 2016/17-ci il mövsümünün başlanılması ilə  klub Londonda Olimpiya stadionuna köçüb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru