Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Oktyabr

2016
20:51
1248
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Səudiyyə Ərəbistanı hökuməti tərəfindən həcc və ümrə ziyarətlərinə ikinci dəfə və ya təkrar gedən şəxslərdən 530 dollar əlavə vəsait alınacağı məsələsinə münasibət bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev deyib ki, bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hökuməti tərəfindən onlara rəsmi məlumat daxil olmayıb: "Onlar həcc və ümrə ziyarətinə təkrar gedən insanlardan əlavə vəsaitin alınmasını nəzərdə tutan layihə hazırlayıblar, amma hələ təsdiq olunmayıb. Təsdiq olunacağı inandırıcı deyil. Çünki bu addım Səudiyyə Ərəbistanının özünə zərərdir".

H.Babayev onu da bildirib ki, bu il Azərbaycandan həccə gedən zəvvarların təxminən 10 faizi təkrar ziyarət edənlər olub. (Report)

Məqalədə : QMİ Həcc pul 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 19:12

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru