Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Avqust

2017
15:55
532
İki nazirliyin tədris mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında təlim sahəsində qarşılıqlı tərəfdaşlıq və gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə əlaqədar əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə FaktXəbər-ə NRYTN-in mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, Vergilər Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında baş tutan imzalama mərasimində Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru vəzifəsini icra edən Rauf Cabbarov iştirak ediblər.
 
Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanıb.
 
Tərəflər əsas fəaliyyət sahələri üzrə elmi və metodiki əməkdaşlığın əsasını qoymaq, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları, eləcə də “Elektron hökümət”, elektron idarəçilik, elektron dövlət xidmətləri və sahibkarlığın inkişafı mövzularında vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək, birgə tədbirlər, təlim və seminarlar keçirməyi qərara alıblar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru