Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
11:20
Kimyəvi silahdan istifadəni iyləməklə `sübut etdi` - VİDEO

Duma hadisələri ilə əlaqədar «zərərçəkənlərin» yerləşdiyi düşərgədə reportaj hazırlayan CNN müxbiri orijinal tədqiqat üsulu ilə gündəmə gəlib. FaktXeber.com-un məlumatına görə, Arwa Damon uşaq çantalarını iylədikdən sonra şəhərdə kimyəvi silahdan "istifadə edildiyi" qənaətinə gəlib. 

Bu hal sosial şəbəkələrdə istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.

Arwa Damon 2006-cı ildən  CNN –də  işləyir. O, əsasən informasiya agentliyi üçün yaxın Şərq hadisələrini işıqlandırmaqla məşğuldur.

Qeyd edək ki, Arwa Damon bundan əvvəl də qalmaqalla gündəmə gəlmişdi. Belə ki, işlə əlaqədar İraqda olarkən jurnalist iki tibb işçisini dişləmişdi. Hadisə Bağdadda Amerika səfirliyinin ərazisində baş vermişdi. Həmin vaxt o, içkili olub. O, həkimlərə hücum çəkərək, CNN-nin «vacib müxbiri» olduğunu qışqırmışdı. Bununla əlaqədar ona qarşı məhkəmə iddiası qaldırılmışdı.

Yeri gəlmişkən onu da bildirək ki, jurnalist xanım Suriyanın sabiq XİN rəhbəri  Möhsin əl-Bərazinin nəvəsidir. Əl-Bərazi 1948 və 1949-cu illərdə  iki dəfə XİN rəhbəri olub. 1949-cu ilin avqustun 14-də çevriliş nəticəsində devrilib və sələfi  Hüsnü əl-Haimlə birlikdə xəyanətdə ittiham olunaraq edam edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Duma kimyəvi hücum jurnalist 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 08:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com