Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Sentyabr

2017
09:50
1041
Kim Çen In Trampın sözlərindən ilhamlanıb
"Daha güclü hidrogen bombası sınaqdan keçirəcəyik"

Cənubi Koreyanın informasiya agentliyi "Yonhap"ın bildirdiyinə görə, Şimali Koreyanın XİN rəhbəri Ri Yonq Ho bildirib ki, yaranmış problemə indiyə qədər oxşarı olmayan hidrogen bombasını Sakit okeanında sınaqdan keçirməklə cavab verəcəklər. 

DÖVLƏT TELEVİZİYASINDAN TRAMPA TƏHDİD

FaktXəbər-in məlumatına görə, dövlət televiziyasından açıqlama verən Kim Çen In isə, "ruhi xəstə" olduğunu söylədiyi ABŞ prezidenti Donald Trampın bu sözlərindən qorxmadığını deyib. O, sanksiyalarla gözünü qorxutmaq istəyən Qərbə mesaj verib: "Trampın sözləri məni qorxutmaq və ya dayandırmaq əvəzinə, seçdiyim yolun doğru yol olduğuna məni inandırdı. Bu mənim son ana qədər gedəcəyəm yol olacaq".

ABŞ PREZİDENTİ TRAMP, "YOX EDƏRİK", - DEMİŞDİ

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkdakı BMT Baş Qərargahında çıxış edərkən ölkəsinin özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qoyulması halında Şimali Koreyanı yox edəcəyini söyləmişdi.

TRAMPDAN ƏLAVƏ SANKSİYA QƏRARI

Tramp bu sərt açıqlamadan əvvəl yeni bir həmlə edərək, Kim Çen Inın nüvə silahı proqramına qarşı ölkəyə əlavə sanksiyaları nəzərdə tutan fərman imzalayıb.

Şimali Koreyanın ardıcıl şəkildə həyata keçirdiyi raket sınaqları ABŞ ilə gərginliyi getdikcə artırması ilə yanaşı, həm də mümkün nüvə hücumu təhdidinin böyüklüyünə işarə edir. Kim Çen In isə ölkəsinə qarşı sanksiyaların nüvə proqramını daha da sürətləndirəcəyini söyləyir.

Məqalədə : Kim Çen In 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru