Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
12:45
Kim Çen In: Koreya xalqı birləşməlidir

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmağı davam etdirməlidir. FaktXəbər-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə KXDR lideri Kim Çen In bildirib.

Seul və Pxenyan münasibətlərində son zamanlar fəal istiləşmə qeydə alınır. Belə ki, ötən həftə Şimali Koreya liderinin bacısının rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyaya Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün gedib.

Bundan başqa, Şimal nümayəndələri Cənub rəhbərliyi ilə diplomatik görüşdə razılığa gəlib ki, Cənubi Koreya prezidenti bu yaxınlarda Pxenyana səfər edəcək və orada Kim Çen Inla görüş keçirəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 12:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com