Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
15:41
Kiber idman həvəskarlarının nəzərinə!

Bu gündən etibarən "İnnovasiya həftəsi" çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanılır. FaktXeber.com-a bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilir ki, cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq.

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/…/Bak…/BakuOpenRegistrationForm.doc doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına ([email protected]) təqdim etməlidir.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 28 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra Qaliblər müəyyənləşdiriləcək.

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İnnovasiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 01:09



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com