Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
10:11
292
İki rayonun prokuroru dəyişib

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
 
Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.
 
Qeyd edək ki, A. Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru