Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
16:55
2722
İki nazirlik arasında razılaşma protokolu imzalanıb

Bu gün  “17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində  Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  arasında iki razılaşma protokolu imzalanıb.

Vergilər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və  mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişləndirilməsidir.

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.

Məqalədə : Razılaşma protokolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2502

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2330

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1767

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1494

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
452

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
239

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1186
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 23:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru