Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2018
10:54
İki marşrut xətti üzrə avtobuslar yenilənib - FOTO

Bu gün səhər saatlarından 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir. “FaktXəbər” bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O həmçinin qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.

Qeyd edək ki, noyabrın 8-də agentlik məlumat yayıb ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : marşrut 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 17:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com