Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Qazaxıstanın Almatı şəhərində küçədə tapılan bir evsiz hamını təəccübləndirib.
FaktXəbər-in məlumatına görə, Almatıda havaların soyuq olduğu vaxt ticarət mərkəzlərindən birinin qarşısındakı skamyada uzun müddət oturan və üst-başı çirkli, cırılmış şəxs ətrafdakıların diqqətini çəkib. Ona verilən sualları cavablandıran evsiz şəxs illərlə qul kimi yaşadığını, qaçdığını, ancaq pulu və şəxsiyyətini təsdiq edən sənədləri olmadığı üçün evə qayıda bilmədiyini söyləyib.
Bəzi bloqqerlərin sosial media vasitəsi ilə onun yaxınlarını axtarmağa başlaması və Novosibirsk xüsusi xidmət orqanlarının işə qarışmasından sonra həmin şəxsin Lazer Fizikası İnstitutunda nüvə fiziki işləyən və 3 il bundan əvvəl federal axtarışa verilən Yuri Obraztsov olduğu ortaya çıxıb.
Obratzsov daha sonra jurnalistlərə verdiyi açıqlamada Özbəkistanın paytaxtı Daşkənddəki dostları ilə görüşmək üçün yola çıxdığını, Qazaxıstandan keçərkən qatar stansiyasında tanımadığı şəxslər tərəfindən oğurlanaraq maşınla bir fermaya aparıldığını deyib. Obraztsov fermadan qaça bilmədiyini və 3 il orada inəklərə baxmağa məcbur edildiyini, zorakılığa məruz qaldığını söyləyib.
Obraztsov, "Çirkli döşəklər üzərində yatırdıq, elə bil ictimai icma quruluşu idi. Nə tapsaq yeyirdik, buğda, sığırların yediklərinin artıqlarını. Çox döyürdülər, hətta bir dəfə döyməsi nəticəsində sol qulağım eşitmə qabiliyyətini itirdi, pis eşidirəm", - deyib.
Obraztsov son günlərə qədər digər könüllülərlə birlikdə ona yardım edən və Novosibirskə getməsi üçün bilet alan Rəsul Bayramukovun evində qalır. Rusiya Daxili İşlər Nazirliyinin də hadisəni araşdıracağı bildirilir.
- 19-04-2018 16:13 İraq aviasiyası İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib
- 19-04-2018 12:15 ABŞ Suriyada təkfirçi muxtariyyət yaratmaq istəyir
- 19-04-2018 12:10 Ukraynalı deputatlar efirdən sonra dalaşdılar - VİDEO
- 19-04-2018 11:48 Ermənistan prezidenti Avropa Birliyi ilə ratifikasiya qanunu imzalayıb
- 19-04-2018 11:26 Ukraynada işıqforun sarı siqnalı ləğv olunur
- 19-04-2018 10:36 İspaniyada ETA terrorçuları təşkilatı buraxır
- 19-04-2018 10:25 Trampın "ağıllı raketləri" Moskvaya çatdı
- 19-04-2018 10:07 Qırğızıstan parlamenti hökumətə etimadsızlıq göstərib
- 19-04-2018 09:44 İrəvanda etirazçılar Hökumət Evinin qarşısına toplanır-VİDEO
- 19-04-2018 09:44 Tramp Kim Çen Inla bu ölkədə görüşə bilər
- 19-04-2018 09:24 Telegramdan sonra Facebook da qadağan olunur
- 18-04-2018 18:49 Həsən Ruhani: Bizim gücümüz qonşularımıza qarşı yönəlməyib - FOTO
- 18-04-2018 16:59 Suriyada Ceyş Əl-İslam Dumeyri tərk edir-FOTO
- 18-04-2018 16:44 BMT-nin sülhməramlı missiyası Dumada atəşə tutulub
- 18-04-2018 16:12 Rəqqa əhalisindən ABŞ-a: Torpağımızdan rədd ol - VİDEO
- 18-04-2018 16:03 Konqresmenlər Trampdan Yəmən müharibəsini dayandırmağı tələb edirlər
- 18-04-2018 15:48 İrəvanda narazı kütlə meriyanı mühasirəyə alıb - VİDEO
- 18-04-2018 14:59 Kastro ailəsi 60 ildən sonra prezident postunu tərk edir
- 18-04-2018 14:15 Çin 59 ölkə üçün viza rejimini ləğv edib
- 18-04-2018 12:47 Dumada terrorçuların kimyəvi laboratoriyası tapılıb - VİDEO
- 18-04-2018 12:22 Ankarada böyük əməliyyat: 16 polkovnik həbs olundu
- 18-04-2018 12:06 ABŞ Dövlət Departamenti erməni nümayişçiləri dəstəklədi
- 18-04-2018 11:56 İraq məhkəməsi 3 Azərbaycan vətəndaşına edam hökmü verdi
- 18-04-2018 11:39 "ABŞ Pakistandan salfet kimi istifadə edib"
- 18-04-2018 11:04 Əfqanıstanda polis məntəqəsinə hücum olub

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
20-04-2018 01:31
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]