Kataloniyanın yeni rəhbəri İspaniya kralına sədaqət andı içmədi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2018
09:46
2392
Kataloniyanın yeni rəhbəri İspaniya kralına sədaqət andı içmədi

Parlament tərəfindən Kataloniyanın rəhbəri seçilən Kim Torra  dünən rəsmi şəkildə vəzifəyə başlayıb və and içib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, inaqurasiyada o, İspaniya kralına sədaqət andı içməkdən imtian edib.

Torra öz nitqində bəyan edib ki, xalqın iradəsinə sədaqətlə hökumət başçısı kimi vəzifələrini yerinə yetirəcək. Lakin andında nə İspaniya rəhbəri kral VI Felipeyə, nə də İspaniya Konstitusiyasına sədaqət and içməyib.

Qeyd edək ki, Torranın sələfi  Karles Puçdemon 2016-cı ildə vəzifəyə başlayarkən and içməsində nə kralın, nə də krallığın konstitusiyasının adını çəkmişdi.

Məqalədə : Kataloniya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 21:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com