Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Yanvar

2017
13:47
750
Kassa qəbzləri xərc sənədi sayılmayacaq

Vergilər məcəlləsinə olan son dəyişikliklərə əsasən, kassa qəbzləri xərc sənədi sayılmayacaq. Bu  Vergilər Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.  

“109.8. Nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.”;

Qeyd edək ki, hazırda hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablaşma zamanı nağd pul vəsaitlərindən istifadə edərək ödəniş müqabilində mədaxil qəbzi və kassa çeki əldə edirlər. Bu sənədlər eyni zamanda sahibkarlıq subyektlərinin xərc sənədləri hesab edilir. 2016-cı ildə alınmış lakin dəyəri ödənilməyən, həmçinin 2017-ci ildən alınacaq malların dəyəri ödənilərkən satıcının təqdim etdiyi nəzarət-kassa aparatının çeki və ya qəbz xərc sənədi hesab edilməyəcək. Odur ki, 2017-ci ildən alınmış malların dərəri nağd ödənildiyi halda bu xərclər mənfəət hesablanarkən nəzərə alınmayacaq.(azadlıq)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru