Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

14 Aprel

2017
16:16
514
Kapoeyra Federasiyasından İslam Oyunlarına dəstək - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, bu günlərdə Ümumdünya Kapoeyra Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kapoeyra Federasiyasının dəstəyi ilə “Park Bulvar” ticarət və əyləncə mərkəzində “IV İslam Həmrəyliyi Oyunlarına dəstək” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladyıb.

Tədbirin aparıcıları Şəhriyar Əbilov və Rüfət Nəzərin təqdimatından sonra tədbiri giriş sözləri ilə açan Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin mahiyyəti barədə danışıb və Ümumdünya Kapoeyra Federasiyasının da bu mötəbər yarışa dəstək verdiyini bildirib.

Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov çıxış edib və bu kimi tədbirləri dəstəklədiyini bildirib.

Tədbirin musiqili qonağı Səlim Abbasovun çıxışından sonra Azərbaycan Kapoeyra Federasiyasının milli yığma komandası tamaşaçılara kapoeyra göstərisini təqdim edib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com