Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 İyul

2017
12:51
249
Kamran Əliyev: “Qəzaların yarısı piyada vurulması ilə bağlıdır”

“Piyada vurma hadisələri ümumi yol-nəqliyyat hadisələrinin 50 faizini təşkil edir".

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, son vaxtlar piyada vurma hadisələri bir qədər də artıb: "Əvvəllər piyada vurma hadisələri Bakı üzrə 60-65%, respublika üzrə isə 45-50% təşkil edirdi. Son bir neçə ildə bu faiz 37-38%-ə enmişdi. Təəssüf ki, bu ilin əvvəlindən piyada vurma ilə bağlı qəzalar ümumi qəzaların 50%-ni təşkil edir. Sözsüz ki, burada piyadaların da təqsiri az deyil. Kifayət qədər yeraltı və yolüstü piyada keçidinin olmasına baxmayaraq, piyadalar yolu necə gəldi, keçirlər. Sürücülər də bir qədər diqqətli və məsuliyyətli olmalıdırlar. Çünki piyadaların arasında yaşlılar, gözü zəif görənlər, qulağı ağır eşidənlər var".

K. Əliyev qeyd edib ki, 6 ay ərzində yol-nəqliyyat qəzaları zamanı ölüm sayında azalma müşahidə olunur.

Məqalədə : piyadaların vurulması 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru