Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Yanvar

2018
10:21
1311
`Kalaşnikov` avtomatının işləmə mexanizmi - VİDEO

"Kalaşnikov" avtomatı - "AK-47" avtomatik rejimli dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibartlığı və sadə qulluq olunması ilə fərqlənir.

FaktXəbər-in məlumatına görə, "Kalaşnikov" avtomatı dünyanın bir çox ölkələrinin ordularında istifadə olunur. İstifadəsi olduqca asandır. Bir neçə saniyəyə yığılıb-sökülür. Boş maqazinlə çəkisi 4.3 kq-dır. Dəqiqədə 600 atış edir. Gülləsinin balanğıc sürəti 715m/s-dir. Effektiv məsafəsi 100-800 metrdir.

Qeyd edək ki, avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə ö öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barışev tərəfindən hazırlanmış bütün avtomatlardan üstün sayılır. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə silahlı qüvvələrə götürülür.

Məqalədə : "Kalaşnikov" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 07:44

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru