Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
15:01
3628
Kaşıkçının oğurlanacağından ABŞ kəşfiyyatının xəbəri olub

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Washington Post" yazarı  səudiyyəli jurnalist Camal Kaşıkçının (Xaşoqi) bəzi vədlərlə Səudiyyə Ərəbistanına qayıtmasına çalışılması, daha sonra da həbs edilməsi barədə əmr verib. FaktXeber.com-un məlumatına görə bu barədə "Washington Post" ABŞ kəşfiyyatına istinadla xəbər verib. Bildirilir ki, bu məlumatları gizli dinləmələrlə ələ keçirmək mümkün olüb.

Kaşıkçının bəzi dostları da son 4 ayda şahzadə Məhəmmədə yaxın Səud səlahiyyətlilərinin yazarla əlaqə quraraq onun Səudiyyəyə qayıdacağı halda təhlükəsizliyini təmin edəcəkləri, hətta yüksək vəzifəyə təyin edəcəkləri barədə vədlər verildiyini bildiriblər. Onların sözlərinə görə, Washington Post yazarı bu təkliflərə şübhə ilə yanaşıb və Səudiyyə hökumətinin ona zərər verməyəcəkləri barədə vədlərinə əsla inanmadığını deyib.

Səudiyyə rejiminin Kaşıkçını ələ keçirmək barədə əvvəlcədən hazırladıqları planlara dair  ABŞ-ın  əldə etdiyi kəşfiyyat məlumatları, Tramp idarəçiliyinin  jurnalisti təhlükədə olduğu barədə xəbərdarlıq edib-etmədiyi barədə suallar yaradıb.

ABŞ-da 2015-ci ildə imzalanan bir sənədə görə, kəşfiyyatçılar qaçırılma, ciddi bir şəkildə yaralanma, ya da öldürülmə  təhlükəsində olanlara xəbərdar etməlidirlər. Bunun üsün həmin şəxsin ABŞ vətəndaşı olması vacib deyil.

Adının çəkilməsini istəməyən sabiq ABŞ kəşfiyyatçısı "Kaşıkçının  saxlanılması "həbs olunma" kimi qəbul olunubsa, xəbərdarlıq edilməyə bilər, lakin dinləmələr zamanı şiddət doğuran fəaliyyət planlaşdırılıbsa, Kaşıqçıya bu barədə xəbərdarlıq edilməliydi", - deyə bildirib. 

Beynəlxalq Kəşfiyyat Direktoru Ofisinin xəbərdarlıq məsələlərindən məsul şəxsləri bu barədə şərh verməyib.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
454

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
45

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
969

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2797

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2659

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1961

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1276

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1943

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2791

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru