Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2019
10:36
323
Jurnalist Fikrət Fəraməzoğlu azad olunub - VİDEO

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bu müssisədə 31 məhbusa buraxılış arayışları təqdim edilib.

Onların arasında NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və jurnalistlər Fikrət Fəraməzoğlu ilə Nicat Əliyevin də adları var.

FaktXəbər-in məlumatına görə, həbsdən buraxılan Fikrət Fəraməzoğlu jurnalistlərə açıqlamasında, "bir akademiya idi, keçdik buranı da. Həbs düşündüyümüz qədər də əksik bir şey deyil, insana çox şey öyrədən yerdir. Düşünün ki, 2 il 9 ay akademiya oxumuşam", - deyə bildirib.

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil edilib.

Məqalədə : Fikrət Fəraməzoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
57

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
105

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
117
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 15:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru